BolgeXeber.Com » Gündəm » İcra başçısı xəstəxanada acınacaqlı vəziyyətdə yaşayan ailəyə kömək etmir-Prezidentə şikayət-FOTO,VİDEO

İcra başçısı xəstəxanada acınacaqlı vəziyyətdə yaşayan ailəyə kömək etmir-Prezidentə şikayət-FOTO,VİDEO

2-02-2019, 16:39
Oxunub: 7 808 İcra başçısı xəstəxanada acınacaqlı vəziyyətdə yaşayan ailəyə kömək etmir-Prezidentə şikayət-FOTO,VİDEO"Prezident icra başçılarını təyin edib ki,onlar vətəndaşların problemləri məşğul olsunlar,onların dərdinə şərik olsunlar"

Bolgexeber.com–un redaksiyasına müraciət edən Cəlilabad rayonu, Göytəpə şəhəri 5 saylı uşaq xəstəxanasında anası ilə birlikdə yaşayan Hüseynov Ağasəf ağır ev şəraitindən şikayət edir. Ağasəf Hüseynov bu yaxında Cəlilabad rayon icra hakimiyyətində qəbulda olublar.
”Bununla biz 3-cü dəfədir icra başçısının qəbulunda oluruq. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalova bizi dinlədi,biz də dərdmizi,problemimizi ona çatdırdıq.Bildirdik ki, 25 ildir yaşadığımız evin altı sudur,divarlar catlaqdər, işıq, qaz, su yoxdur.Çox çətinliklə, zülmlə yaşayaırıq.Bizə köməklik edin, bir sığınacaq verin.Bizim heç nəyimiz yoxdur.Torpağımız,imkanımız da yoxdur ki,gedək ev tikək. Biz də bu ölkənin vətəndaşlayırıq. Biz cənab icra başçısına deyirik ki,bizə köməklik göstərsin.Bir nümayəndə göndərsin baxsın ki,nə qədər pis vəziyyətdə yaşayırıq. Vəziyyətimin acınacaqlı olması haqda həm Cəlilabad Rayon icra hakimiyyətinin,bələdiyyənin, Göytəpənin inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xəbəri var,amma bizə heç bir köməklik göstərmirlər.Hətta bizim rayonun deputatı Fəzail İbrahimliyə müraciət etmişik ki,bizə kömək etsin.Telefon nömrələrimizi də qoymuşuq,yaşadığımız yerin şəkillərini də çəkib göndərmişik,amma bizə deyirlər ki,bizim sizə verəcəyimiz bir şey yoxdur,bizdə belə fond yoxdur ki,sizə köməklik göstərək. Bəs onda biz nə edək,kimə deyək dərdimizi?!
Hörmətli prezident dəfələrlə məmurlara müraciət edərək vurğulayıb ki,məmurlar vətəndaçların qayğısı ilə məşğul olmalıdır,xalıqa xidmət etməlidir. Prezident icra başçılarını təyin edib ki,onlar vətəndaşların problemləri məşğul olsunlar,onların dərdinə şərik olsunlar.
Amma təəsüflər olsun ki,bizə diqqət etmirlər yerli məmurlar,bizə baxmaq istəımirlər.Mən pul istəmirəm ki.... Mən ev istəyirəm,köməklik istəyirəm. 25 ildir anamla bu xəstəxanada,çox acınacaqlı vəziyyətdə qalırıq.

Çox xahiş edirəm cənab prezidentdən,birinci xanım Mehriban Əlİyevadan ki,bizə yardım göstərsinlər,köməkliklərini bizdən əsirgəməsinlər!”
Bolgexeber.com