BolgeXeber.Com » Gündəm » Hacıqabulda çoxlu sayda süni balıq gölləri olan sahibkar işçilərin hüququnu tapdalayır-FOTO
Hacıqabulda çoxlu sayda süni balıq gölləri olan sahibkar işçilərin hüququnu tapdalayır-FOTO
7-02-2019, 14:40
Oxunub: 5 912
Səfər Quliyev işçilərin əksəriyyəti ilə əmək müqaviləsi bağlamır
Bu gün ölkə iqtisadiyyatında sahibkarların rolunun artırılmasına xüsusi diqqət yetirilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası ölkəmizin davamlı inkişafına, xüsusilə də sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə əlverişli şərait yaradıb. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər.
Lakin təəsüflər olsun ki,elə sahibkarlar var ki,ölkə başçısının bu qayğısından,diqqətindən düzgün nəticə çıxartmaq əvəzinə bu diqqətdən süni istifadə edir,işçilərinin hüquqlarını pozur.
Belə sahibkarlardan biri ilə bağlı BÖLGƏ TV –nin redaksiyasına şikayət daxil olub.Şikayətdə bildirilir ki, Səfər Quliyev adlı ,Hacıqabulda “Sever yolu” deyilən yolun üstündə çoxlu sayda süni balıq gölləri olan sahibkar əmək məcəlləsini,işçilərinin əmək hüquqlarını kobud surərdə pozur.
Belə ki, Səfər Quliyev işçilərin əksəriyyəti ilə əmək müqaviləsi bağlamır,qanunda nəzərdə tutulmuş iş saatından çox işlədir,maaşların bəhanə edib kəsir. Onun adı çəkilən ərazidəki müəissisədə tarktorçudan,sürücüdən,fəhlələrdən ibarər 15-cən işçisi var. Ancaq bildirlir ki,onlarla rəsmi müqavilə bağlanmır. Səfər Quliyev işçilərin maaşını çox vaxt vaxtında vermir deyə bu işçilərdə böyük narazıçılıq yaradır.Verilən məlumatlara qeyd olunur ki, Səfər Quliyev istənilən adamın maaşını verməməkdən ötrü onu şərləyib,şərlətdirib və ya qovlaya bilir.
Sabirabad sakini E.Ağayevin bildirdiyinə görə Səfər Quliyev məsələn,işçilərdən birinə deyir “oğurluq etmisən İşçilərin ayağına pul yazır,maaşndan haqsız olaraq kəsir,narazı olanlara,öz halal haqqını tələb edənlərə isə təzyiq edərək onların özünü borclu çıxarır.
Daxil olan məlumatda həmçinin göstərilir ki,Səfər Quliyevun oğlunun- Nizami Quliyevin Bakıda böyük spirtli içki biznesi var.Hətta yayılan məlumata görə Nizami Quliyev bu yaxınlarda böyük rayonların birinə icra başçısı getmək iddiasındadır.
E.Ağayevin verdiyi məlumata görə Səfər Quliyev üstəlik müqaviləyə görə yazdığı əməkhaqqını yox ,az verir.Məsələn, müqavilədə fəhlənin maaşı 300 manatdırsa, ayın axırı ona 200 verir.Bundan başqa birini bir ay işlədir,birini 2-3 ay işlədib işdən bir bəhanə tapıb çıxardır.
Əməkdaşlarımız deyilən ərazidə olublar bu və digər məsələlərlə bağlı edlən müraciətlər əsasında geniş reportaj hazırlayıblar. BÖLGƏ TV hazırladığı reportajı yaxın saatlarda diqqətinizə çatdıracaq.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər