BolgeXeber.Com » Gündəm » Kardiologiya İnstitutunda acınacaqlı mənzərə... – Xəstələr xəstəxananı tərk edir
Kardiologiya İnstitutunda acınacaqlı mənzərə... – Xəstələr xəstəxananı tərk edir
28-11-2019, 11:51
Oxunub: 4 049
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda su və istlik bphranı yaranıb. Xəstələr soyuq otaqları tərk edib evlərinə gediblər
Bizimxeber.az-a daxil olan məlumata görə, yaranmış bu problemə xəstələrlə yanaşı həkimlər, tibb bacıları və həkimlər də etiraz etsələr də problem hələ də həll olunmayıb.
Əsasən tibb bacıları institut direktoru Gülnaz Dadaşovaya belə antisanitar qaydada xəstələrlə təmasda olmağın qanunsuz olduğunu bildiriblər. Həmçinin noyabr ayının son günləri olmasına baxmayaraq, institutda hələ də istilik sistemi işə salınmayıb. Soyuq otaqlarda işləyən həkimlər məcburiyyət qarşısında elektrik qızdırıcılarından istifadə edir. Xəstələr isə xəstəxananı tərk edirlər.
Redaksiyaya daxil olan məlumatda qeyd olunur ki, su böhranının konkret səbəbləri bilinmir. Gün ərzində instituta çox zəif gücdə bir necə saatlıq su verilir. Bu barədə baş direktor Gülnaz Dadaşovanın təminat işləri ilə məşğul olan xalası oğlu xəstələrə və tibb bacılarına bildirib ki, istlik sistemi köhnədir və yenidən qurulması üçün 15 min manata yaxın vəsait lazımdır.
Bu pulun bir hissəsi artıq həkimlərdən, tibb bacılarından və elmi işçilərdən toplanıb. Bu zaman da ciddi narazılıq yaranıb. Bildirilir ki, yay aylarında istilik sisteminin yenilənməsi adı altında həkimlərdən, tibb bacılarından 50-100 hətta 200 manatdan pul yığılıb. Amma toplanmış pul hara xərclənib bunu da bilən yoxdur. Hazırda Elmi-Tədqiqat Kardiologiya İnstitutunda nə su var, nə də istilik.
Daha bir maraqlı məqam isə hazırda xəstəxana otaqlarına led lampaların qoyulması üçün 15 manatdan pulun toplanmasıdır. Kollektiv buna da etiraz edərək ilk öncə istlik və su probleminin həll edilməsini tələb edib. Direktor Gülnaz Dadaşovanın yaxın adamları isə etiraz edənlərə bildirblər ki, problemin həll edilməsi üçün pul toplamaq lazımdır. Bir sözlə, gənc direktorun “fəaliyyəti” nəticəsində Elmi-Tədqiqat Kardiologiya İnstitutu həm susuz qalıb, həm də donur.
Ümumiyyətlə, Elmi-Tədqiqat Kardiologiya İnstitutu dövlət balansında olan tibb ocağı olduğu üçün bu işlər dövlət tərəfinsdən həyata keçirilməlidir. Elə isə istilik sisteminin qurulması üçün hansı əsasla direktor Gülnaz Dadaşova işçilərdən pul toplayır? Bu suala gərək nazir Oqtay Şirəliyev aydınlıq gətirə…
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər