XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Bu adamın yiyəsi yoxdur ki, gəlib krediti ödəmir" - Özbaşınalıq

"Bu adamın yiyəsi yoxdur ki, gəlib krediti ödəmir" - ÖzbaşınalıqBakı sakini “Magnit” mağazasının işçisi tərəfindən təhqirə məruz qalıb

Bu haqda adının açıqlanmasını istəməyən şikayətçi M.Q. Qaynarinfo-ya özü məlumat verib.
Şikayətçinin sözlərinə görə, “Magnit” mağazasına olan kreditin 50 manat ödənişi bəzi səbəblərdən bir neçə gün geçikib.
“Mağazanın kredit şöbəsindən gələn zəngə cavabım o oldu ki, faizi nə qədərdir, yazılsın, ayın 1-ci tarixindən faizi ilə ödəyəcəm. Bunun qarşılığında “Magnit”in zəng edən əməkdaşı tənqid, hətta təhqirə başladı. Kredit oğlumun adınadır. Oğlumun adını çəkərək, “bu adamın yiyəsi yoxdur ki, gəlib krediti ödəmir” kimi sözlər dedi. Bu zənglər gün ərzində bir neçə dəfə təkrar olundu. Hər dəfə də xanımın acı ifadələrinə məruz qaldım. “Xanım, faizi nə qədərdir, yazılsın, onsuz da ödəyəcəyik, niyə bu qədər zəng edirsiz” dedikdə isə, telefondaki “Magnit” əməkdaşı “Mən sizin əsəbinizi pozmaqla məşğulam” da”, – deyə cavab verdi.
Haqlı olduğumuzu demirəm, təbii ki, gecikməyə görə zəng edib maraqlana bilərlər. Ancaq müştəri ilə bu tərzdə danışmaq nə dərəcədə doğrudur?!”
Məsələni araşdırmaq və qarşı tərəfin də mövqeyini öyrənmək üçün “Magnit” mağazası ilə əlaqə saxladıq. Satış departamentdən bizə verilən cavabda, “bunu sübut etməlidirlər, bəlkə yalan deyirlər” deyildi. Onlara bu hadisənin canlı şahidi olduğumuzu və araşdırma məsələsinə elə onların baxmalı, səsyazılarını yoxlamalı olduqlarını dedikdə isə bizi mağazanın problemli məsələlər üzrə şöbəsinə yönləndirdilər. Lakin verilən nömrədən çoxsaylı zənglərimizə cavab verən olmadı.
Bölmə: Gündəm | 30 noyabr 2019 10:44





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: