Lerikdə başçı müavini seçki prosesinə kobud müdaxilə edir - Fotofakt
22-01-2020, 19:18
Oxunub: 5 799
Lerikin icra başçısının birinci müavini Cəlil Baxşiyev seçki qanununu kobud şəkildə pozaraq İqbal Məmmədovun təşviqatında iştirak edir...
20 Yanvar hüzn günü ilə əlaqədar YAP Lerik Rayon Təşkilatında yaradılmış seçki qərargahının üzvləri və deputatlığa namizəd İqbal Məmmədov Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksini ziyarət ediblər. Daha sonra isə İqbal Məmmədov və qərargah üzvləri Lerik şəhərində yaşayan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşüblər. Bu barədə Modern.az saytı məlumat yayıb.
Deyəcəksiniz ki, burda nə var ki? Lerik İcra Hakimiyyətinin seçki qanununu harda və necə pozub?
Lerikdə başçı müavini seçki prosesinə kobud müdaxilə edir -
Gördüyünüz bu şəkildə İqbal Məmmədovla bir yerdə bardaş qurub oturan Lerik rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevdir. İcra başçısının birinci müavinin deputatlığa namizədlə birgə təşviqat üçün əhali ilə görüşlərə getməsi seçki qanunun ciddi pozuntusudur, nəinki müavin heç bir hakimiyyət nümayəndəsi hansısa namizədin təşviqatında iştirak edə bilməz. Bu seçki başlamamış digər namizədləri uduzdurmaq deməkdir, Cəlil Baxşıyev bunu demək istəyir ki, o dövlətin resurslarını İqbal Məmmədova peşkəş edəcək?
Cəlil Baxşıyev Zaqatala Rayon İcra Hakimiyyətinin keçmiş başçısı olan Vaqif Rəhimovun aqibətini xatırlasın. Vaqif Rəhimov 2005-ci ildə seçkilərə müdaxilə etdiyi üçün cəzalandırıldı və Prezidentin müvafiq sərəncamı ilə işdən çıxarıldı. Sərəncamından sonra isə 110 saylı Zaqatala seçki dairəsinin 19 məntəqəsi üzrə səsvermə nəticəsi ləğv oldu.
Ona görə də MSK bu faktları ciddi şəkildə araşdırmalıdır.
Mənbə:Pia.az
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər