BolgeXeber.Com » Analitika » Gün ərzində ən az çalışıb, ən çox uğur qazanan şagirdlər

Gün ərzində ən az çalışıb, ən çox uğur qazanan şagirdlər

1-10-2018, 11:43
Oxunub: 5 687 Gün ərzində ən az çalışıb, ən çox uğur qazanan şagirdlərFinlandiya təhsil sisteminin üstünlükləri barədə nə bilirik?

Amerikalı şagirdlər riyaziyyat və elmi sahədə inkişaf etmiş millətlər sıralandığı zaman daim ortada, ya da sonda yer alırlar. Beynəlxalq Tələbə Dəyərləndirmə Proqramı (PISA), İqtisadi İnkişaf və İşbirliyi Təşkilatı (OECD) ilə birlikdə bəzi bəsit məlumatlar yayımlayır, bunlar amerikanların bir çox təhsil performansı dəyərləndirməsində ciddi mənada geridə qaldığını göstərir.

Təhsil islahatı çağırışlarına və beynəlxalq miqyasda təkrar edilən sönük performansa baxmayaraq, təhsil sistemində heç bir dəyişikliyə gedilmir. Bir çox özəl məktəb və dövlət məktəbi hələ də köhnə sistem və proqramlarla idarə edilir. Amerikan təhsil sisteminin başdan sona qədər yenilənməsi lazımdır. Bunu etmək üçün yaxşı niyyətli məşhurların layihələrindən çox daha artığı lazım olacaq.

Çin, Sinqapur və Yaponiya kimi ölkələr riyaziyyat və elmdə birinci sıralarda yer alır. Bəzi elm adamları bu yorucu və beyin quruducu modelin amerikanlara məxsus olmasının vacibliyini deyirlər. Daha çox çalış! Daha çox dərs oxu! Daha az yaşa. Rəqəmlər və araşdırmalar yalan demir. Bu ölkələr bizi keçir, amma bu cür dərs oxumağın daha yaxşı və sağlam bir yolu ola bilər.

“Yeni Müsavat” yeni dərs ilinin başlandığı bu günlərdə idel təhsil sistemləri barədə silsilə yazılar hazırlamağa davam edir. Bu sistemlərdən biri də Finlandiyadır. İntellektual və təhsil islahatı baxımdan zəngin, illər ərzində təhsil sistemində kiçik və böyük dəyişikliklərlə yeni cığır açmış bir ölkədən bəhs edəcəyik. Birləşmiş Dövlətləri keçdilər və Şərqi Asiya ölkələri ilə də məsafəni qapadırlar.

Az işıqlı otaqlarda robot proqramlamalarmı edirlər? Xeyr. Dövlət tərəfindən zorla yeridilən standart testlərmi tətbiq edirlər? Əsla. Fin təhsil sisteminin Amerika və dünyada dominantlıq etməsinin 10 səbəbi:



Standart testlər yoxdur

Standart testlər mövzuların qarşılaşdırılması üçün tətbiq olunan ümumi testlərdir. Optik kağızlarda kiçik yuvarlaqları doldurmaq və konservasiya olunmuş sualları cavablamaq hansısa bir mövzuda uğuru göstərmənin bir yoludur. Əsasən baş verən budur: şagirdlər sadəcə bir testdən keçmək üçün işləməyi öyrənir, müəllimlər də sadəcə, şagirdlərin testləri keçməsi üçün öyrədir, təhsil verir. Beləcə, öyrənmə ortadan qalxır.

Finlandiya standart testlər hazırlamır. Bunun tək istisnası isə liseyin sonuncu sinfində oxuyan şagirdlər üçün könüllü bir imtahan olan Beynəlxalq Yetərlilik İmtahanıdır. Finlandiyadakı bütün uşaqlar müəllimləri tərəfindən müəyyən edilmiş qiymətləndirmə sistemində fərdi olaraq qiymətləndirililər. Bütün müddəti izləmə işi isə fərqli məktəblərdə qrupları nümunələyən Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Müəllimlər üçün hesabat vermək (məcburi deyil)

Şagirdlərin durumu ilə bağlı günah çox vaxt müəllimlərin üstünə atılır. Bəzən də düzdür, amma Finlandiyada müəllimlər üçün standartlar o qədər yuxarıdır ki, çox vaxt müəllimləri günahkar hesab etmək üçün bir səbəb yoxdur. Fin Təhsil Nazirliyi direktoru və “Fin Dərsləri: dünya Finlandiyadakı təhsil dəyişikliyindən nə öyrənə bilər?” kitabının yazarı Pasi Sahlberg müəllim məsuliyyəti haqqında “müəllim məsuliyyəti haqqında: ”Fin dilində hesab vermək ifadəsinin qarşılığı yoxdur. Hesab vermək, məsuliyyət ortadan götürüləndə geriyə qalan bir şeydir” deyir.

Bütün müəllimlər peşəyə başlamadan öncə mütləq yüksək ixtisasa malik olmağa məcburdular. Müəllim yetişdirən fakültələr ölkə miqyasında çox seçici və olduqca sərt məktəblərdir. Əgər bir müəllim yaxşı performans göstərmirsə, bu barədə nəsə etmək də məktəb müdirinin məsuliyyətindədir.

Yarış yox, iş birliyi

Bir çox amerikalı və digər ölkələr təhsil sistemini bir Darvinçi yarışma olaraq gördükləri halda finlər fərqli görür. Sahlberg, Samuli Paronen adlı bir yazardan çıxarış verir: “Gerçək qaliblər yarışmazlar”.

İronik olaraq nümayiş etdirilən bu münasibət onları beynəlxalq yarışda birinci edib. Finlandiyanın təhsil sistemi təsadüfi və süni üstün uğur haqqında narahatlıq keçirmir. Ən yaxşı məktəblər, ya da müəllimlər siyahısı, ortada bir yarış atmosferi yoxdur, onun yerinə iş birliyi var.


Əsas olanları birinci et

Bir çox məktəb test nəticələrini yüksəltməklə və riyaziyyat, digər fənlər sahəsindəki dəyərləri ilə o qədər məşğuldur ki, xoşbəxt, rahatlıq içində və sağlam şagird, öyrənmə atmosferini nəyin yaradacağını unudurlar. İllər öncə Fin məktəb sisteminin ciddi islahatlara ehtiyacı vardı. Finlandiyanın yenidən bir araya gətirdiyi yeni proqram, əsas olanlara geri qayıtmağa fokuslanıb. Artıq sistem yüksək qiymətlərə sahib olmaqla bağlı deyil. Bunun yerinə məktəb atmosferini daha bərabər bir hala gətirməyə fokuslanıblar.

1980-ci illərdən bəri Fin təhsilçiləri bu prinsipləri əsas hala gətiriblər:

– Təhsil sosial bərabərsizliyi tənzimləmək üçün bir vasitə olmalıdır.

– Bütün şagirdlərə məktəb yeməyi pulsuzdur.

– Səhiyyə xidmətlərinin əl çatan olması.

– Psixoloji məsləhət.

– Fərdi yönləndirmə.

Daha yuxarı bir yaşda məktəbə başlamaq

Finlər çox incə detalları dəyişdirərək başladılar. Şagirdlər məktəbə 7 yaşında başlayırlar. İnkişaf illərində müstəqil olurlar və məcburi bir təhsil sisteminin parçası olmadan uşaq ola bilirlər. Fin şagirdlər üçün məcburi təhsil 9 ildir. 9-cu sinif, ya da 16 yaşdan sonra hər şey seçimə bağlıdır.

Psixoloji bir hərəkət nöqtəsindən başlanır hər şey. Klişe olsa da, dünyadakı bəzi şagirdlər özlərini həbsxanadaymış kimi hiss edirlər. Finlandiya isə bu məcburi idealı ortadan qaldırır və onun yerinə uşaqlarını həqiqi dünyaya hazırlayır.


Ənənəvi bir universitet diplomundan daha üstün bir professional variantlar təqdim etmək

Amerikada təhsil çox durğun və kəskindir. Şagirdlər K-12 sistemində müəllimdən müəllimə atılır. Hər sinif bir sonrakı üçün hazırlıq, hamısı ən yüksək nöqtə olan universitetdə bitir. Sonra universitet də konveyerdə növbəti bir mərhələyə hazırlığa göndədir. Bir çox şagirdin universitetə getməyə ehtiyacı yoxdur. Çünki bu şagirdlər mənasız bir diplom alırlar, ya da öz məqsədlərini axtarmağa çalışarkən at-üst olurlar və böyük bir borc altına girirlər.

Finlandiya bu problemi şagirdlərə təhsillərinə davam etmələri üçün bərabər səviyyədə avantajlı seçimlər təqdim edərək həll edir. Universitet məzunu, ya da peşə məktəbi məzunu, ya da işçi sinfi arasındakı fərq çox daha azdır. Hamısı eyni dərəcədə professional və ya işinin ustası ola bilir.

Finlandiyada üç illik Yüksək İkinci Məktəb var. Bu məktəblər şagirdləri universitetə qəbul imtahanı olan Yetərlilik İmtahanına hazırlayır. Bu əsasən, onların liseydəykən qazandıqları qabiliyyətlərə görə olur.

Bir də peşə təhsili var. Bu da şagirdləri müxtəlif karyerlər üçün hazırlayan üç illik bir proqramdır. Əgər istəsələr, Yetərlilik İmtahanına girə bilər və universitetə müraciət edə bilərlər.

Finlər məktəb günləri üçün daha gec oyanır

Erkən oyanmaq, avtobus yaxalamaq, sabah məşqinə qatılmaq və məktəbdən sonra əlavə proqramlar şagirdlər üçün vaxt itkisidir. Bəzi dərslərin 6 ilə 8 arası başladığını düşünsək, əlimizdə sadəcə aqressiv, ilhamsız ərgənlər qalır.

Finlandiyadakı şagirdlər məktəbə 9:00 ilə 9:45 arasında başlayırlar. Araşdırmalar göstərir ki, tez başlamaq şagirdlərin səhhəti və inkişafı üçün zərərlidir. Fin məktəbləri dərsə gec başlayıb, günortadan sonra 2:00 və ya 2:45-də bitirirlər. Uzun dərs saatları və ondan da uzun tənəffüslər var aralarında. Təhsil sistemi şagirdə məlumatı zorla öyrətmək, əzbərləmək üçün yox, tam bir öyrənmə atmosferi yaratmaq üçün verir.

Finland university ile ilgili görsel sonucu

Eyni müəllimlərdən daim öyrənmə sistemi

Fin məktəblərində az müəllim və şagird var. Auditoriyada bir sürü insana nəsə öyrədib, onları fərdi olaraq dəyərləndirmək qeyri-mümkündür. Finlandiyadakı şagirdlər əsasən təhsil həyatlarının 6 ili boyunca eyni müəllimdən dərs alırlar. Bu müddət ərzində müəllim bir ailə üzvü halına gələ bilir. Bu illərdə qarşılıqlı etibar yaranır ki, iki tərəf də bir-birini tanısın və hörmət etsin. Ehtiyaclar və öyrənmə formaları insandan insana dəyişiklik göstərir. Fin müəllimlər buna cavabdeh ola bilərlər, çünki şagirdin fərdi ehtiyaclarını anlamış olurlar. Doğru olaraq bu ehtiyacları müşahidə edə bilir və müddətlə maraqlanaraq hədəflərinə çatmalarına kömək edirlər. Növbəti müəllimə keçmək deyə, bir şey yoxdur, çünki növbəti müəllim deyə bir şey yoxdur.

Daha rahat bir atmosfer

Finlandiya məktəblərində bunu edilər: az stress, az lazımsız təsnif və çoxlu diqqət. Şagirdlər gündə əsasən bir-iki dərsə girirlər. Yeməklərini yemək, rekreasional fəaliyyətlərinin dadını çıxarmaq və sadəcə, rahatlamaq üçün saatları var. Uşaqların gün ərzində 15-20 dəqiqəlik ayağa qalxıb əsnəyə biləcəkləri, təmiz hava ala biləcəkləri və stresslərini azalda biləcəkləri tənəffüsləri var.

Bu cür atmosferə müəllimlərin də ehtiyacı var, eyni zamanda. Bütün məktəblərdə müəllim otaqları var. Bu otaqlarda müəllimlər tənbəllik edə, rahatlaya, günə hazırlana bilir və ya sosiallaşırlar. Müəllim də insandır və ən yaxşı şəkildə çalışa bilməsi üçün funksional olması lazımdır.

Az tapşırıq və bayırda az çalışmaq

Finlandiyadakı şagirdlər dünyadakı şagirdlər arasında ən az ev tapşırığına və bayırda çalışmağa sahib şagirdlərdir. Məktəbdən sonra məktəblə bağlı, sadəcə, yarım saat çalışırlar. Bundan başqa, Fin məktəblərində heç özəl müəllim yoxdur. Buna baxmayaraq, şagirdi stressə boğan sistemlərdən çox daha yaxşı performans təmin edirlər.

Fin şagirdlər hansısa məsələdə ən yaxşı olma stressi olmadan lazım olan hər şeyi məktəbdə edirlər. Qiymətlərlə bağlı qayğı keçirmələrinə ehtiyac qalmadan əldəki tək doğru məqsədə yönələ bilirlər. Bir insan olaraq öyrənmə və böyümə…

Sevinc TELMANQIZI