BolgeXeber.Com » Analitika » Xərçəng xəstəliyinin ilkin mərhələdə aşkarlanması üsulu tapıldı

Xərçəng xəstəliyinin ilkin mərhələdə aşkarlanması üsulu tapıldı

13-10-2018, 17:15
Oxunub: 5 389 Xərçəng xəstəliyinin ilkin mərhələdə aşkarlanması üsulu tapıldıAlimlər su molekulları vasitəsi ilə xərçəng xəstəliyinin ilkin mərhələdə aşkarlanması üsulunu tapıblar.

Bolgexeber.com oxu.az-a istinadən bildirir ki, mütəxəssislər Tn antigenlərinin iki növünü araşdırıblar.

Həmin antigenlər xərçəng xəstəliyinin inkişafı hallarının 90 faizində əmələ gəlir və zədələnmiş toxumaların aşkarlanması üçün perspektiv biomarkerlər sayılır.

Bildirilir ki, su ilə təmasda Tn antigenlərinin hər iki növü səciyyəvi reaksiyaya girirdilər. Alimlərin fikrincə, bu üsul xərçəng xəstəliyinin inkişaf mərhələsini müəyyən etməyə kömək edir.