XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Zamirə Hacıyeva Londondakı bankları da işə salıb

Zamirə Hacıyeva Londondakı bankları da işə salıbMilli Cinayət Agentliyi bildirir ki, bu iş üzrə keçən hüquqşünaslar, bankirlər və mühasiblər istintaqa cəlb oluna bilər

Gələn ilin iyununda Londonda Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə proses keçiriləcək.

Zamirə Hacıyeva noyabrın 2-də İngiltərənin paytaxtı Londonda saxlanılıb. Həbsdəki bankirin 55 yaşlı xanımı Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub və sonradan 1 milyon 200 min manat qarşılığında ev dustaqlığına buraxılıb. Bu sərəncama əsasən, Hacıyeva var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Z.Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır. 2016-cı ildə Azərbaycanın hüquq-mühafizə orqanları ona qarşı 2 mənimsəmə ittihamı irəli sürüb.

Bəs Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası mümkün olacaqmı? Bu suala hazırda birmənalı cavab vermək çətindir. Ortada obyektiv araşdırılması gərəkən çoxsaylı məsələlər var. Zamirə Hacıyeva Cahangir Hacıyevin həyat yoldaşıdır və onun rəhbərlik etdiyi bankın kredit kartlarından istifadə etməklə Londonda böyük pullar xərcləyib. Azərbaycan hüquq-mühafizə orqanları xanım Hacıyevanın ekstradisiyasını gerçək etmək üçün onun həmin məbləğlərin qanunsuz olaraq əldə edilməsini bilməsini sübuta yetirməlidir.

Hazırda “İzahedilməz Sərvət Qanunu”na uyğun olaraq barəsində polis təhqiqatı aparılan Zamirə Hacıyevanın mülkiyyətində olan ofşor şirkətə Britaniyanın 2 ən mötəbər hüquq firmasının və “Barclays Bank”ın İsveçrə filialının xidmət göstərdiyi bəlli olub.

“Mishcon de Reya” firması Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş ofşor şirkətə “Barclays Bank”ın ipotekası barədə hüquqi məsləhət verib. Hazırda Britaniya Milli Cinayət Agentliyi bu şirkətin araşdırılması ilə məşğuldur. Zamirə Hacıyevaya aid olan bu şirkət 2009-cu ildə qiyməti 11, 5 milyon funt sterlinq olan 5 yataq otaqlı mənzili alıb. Bu mənzilin qiyməti Hacıyevanın və ya onun ərinin qazancından qat-qat çoxdur. İngiltərə mətbuatının yazdığına görə, həm “Barclays Suisse”, həm də “Mishcon de Reya” bu məsələ barədə şərh verə bilməyəcəklərini bildirib.

Zamirə Hacıyeva Londondakı bankları da işə salıb


Hacıyeva Londonun dəbdəbəli Naytsbric rayonundakı evi (Knightsbridge) Vircin adalarındakı Vicksburg Global Inc adlı şirkətin vasitəsilə 11, 5 milyon funt sterlinqə alıb. Ali Məhkəmə sənədlərindən məlum olur ki, mülkün alınması üçün 8 milyon funt sterlinqə yaxın məbləğdə ipotekanı “Barclays Suisse” rəsmiləşdirib. Hələlik bank “müştəri sirri” barədə prinsipdən çıxış edərək bu sövdələşmə barədə heç bir şərh vermir.

Milli Cinayət Agentliyi isə bildirir ki, bu iş üzrə keçən hüquqşünaslar, bankirlər və mühasiblər “peşəkar köməkçilər” qismində risklə üzləşə bilərlər. Z.Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib. 7 il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində “Harrods” alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - “Mill Ride Golf Club”u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. Rəsmi məlumatlar cütlüyün “Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550 jet” təyyarəsini aldığını da ortaya çıxarıb. Onun ailəsinə aid olan 400 min funt sterlinqdən çox dəyəri olan zinət əşyaları müsadirə edilib və “Christie” auksionunda satışa çıxarılması nəzərdə tutulub.

HÜSEYNOV
Bölmə: Analitika | 15 noyabr 2018 11:38





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: