BolgeXeber.Com » Analitika » İki ayda 140 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib

İki ayda 140 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib

1-04-2019, 10:56
Oxunub: 6 156 İki ayda 140 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib2019-cu ilin yanvar-fevral ayları Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 8238 nikah rəsmi qeydiyyata alınıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nikahlardan 274-ü xarici ölkə vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında bağlanıb.

Nikaha daxil olanlardan 134 nəfəri azərbaycanlı kişilər, 140 nəfəri azərbaycanlı qadınlar olub.

Rəsmi məlumata görə, azərbaycanlılar iki ay ərzində daha çox Rusiya, Gürcüstan, Türkiyə və Ukrayna vətəndaşları ilə ailə qurmağa üstünlük veriblər.