BolgeXeber.Com » Analitika » 9 saylı “MERO” rəisi Tariyel Məmmədovun “beş qoşası”-VİDEO-FOTOLAR

9 saylı “MERO” rəisi Tariyel Məmmədovun “beş qoşası”-VİDEO-FOTOLAR

26-08-2013, 11:55
Oxunub: 12 159 “MERO” rəisinin Surət Hüseynovla siyasi işbirliyi…

İlk öncə onu qeyd edək ki, 9 saylı “MERO”nun rəsi Tariyel Məmmədovla bağlı tənqidi yazıları ilk dəfə “qafqazregion.az” saytı verib. Düzdür, sonradan həmin yazıları bəzi mətbuat orqanları istinad etmədən dərc ediblər.
Bir şeyi xüsusi olaraq qeyd etmək istəyirik ki, Tariyel Məmmədovla bağlı yazılar hər dəfə mətbuatda gedəndə DİN-in Baş DYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev yazı müəllifi kimi məhz bizə zənq edərək xəbərdarlıq edirdi ki, Tariyel Məmmədov sizi məhkəməyə verəcək.

Ancaq bu təhdidlərə baxmayaraq bsayt öz yolundan geri çəkilməmişdir.Kamran Əliyevi başa düşmək olar. Çünki onun öz “mövqeyini” uzun illər qoruyub saxlaya bilməsi üçün Tariyel Məmmədov kimi MERO (Qeydiyyat-imtahan şöbəsi) rəisləri dəstək verib. Kamran Əliyev də “MERO” rəislərinin qarşısında “borclu” qalmamaq üçün həmin məmurları müdafiə etməyə məcburdur.

Vaxtilə yazdığımız kimi, indiki vəzifəsinə keçmək üçün Tariyel Məmmədovun 750 min dollar rüşvət verdiyi barədə özünün dediklərini Gəncəbasar bölgəsində hər kəs bilir. Bunu Tariyel Məmmədov açıq şəkildə hər yerdə deyir.
Vəzifəyə gəldiyi ilk aylar hər bir sürücülük vəsiqəsinə görə 800 AZN tələb edən Tariyel Məmmədov bu pulun 650 manatının guya yuxarı çatacağını, qalan 150 AZN isə dədə malı kimi kollektiv arasında bölünəcəyini elan etmişdi. Və Tariyel Məmmədovun qoyduğu qaydaya görə kar, kor pulunu verib sürücülük vəsiqəsi ala bilər, ancaq heç bir vətəndaş öz biliyi ilə sürücülük vəsiqəsi ala bilməz.

Vaxtilə “qafqazregion.az” saytında dərc etdiyimiz yazılarda qeyd olunurdu ki, Tariyel Məmmədov öz işçilərinə hər cür vasitə ilə vətəndaşları imtahandan kəsməyi tapşırıb, əks halda isə səxsi heyət öz cibindən “katyol”a pul ödəməlidir. Bu qayda ilə Tariyel Məmmədov “MERO”-nun tarixində yeni eranın əsasını qoyub. Ölkə prezidentinin dövlət məmurlarına qayğısı, dövlətdən aldığı yüksək maaş isə Tariyel Məmmədovu qane etmir. Hətta vətəndaşlar narazılıqları bildirəndə, o, vətəndaşları otağından qovaraq deyir ki, “istəyirsiniz gedin prezidentə şikayət edin, mənim üçün fərqi yoxdur, yığılan pulları mən Baş İdarəyə verirəm”

Vaxtilə, “qafqazregion.az” saytında dərc olunan yazılarda onu da qeyd etmişdik ki, Tariyel Məmmədovun həyat yoldaşının adına sənədləşdirdiyi müxtəlif əmlakın dəyərinin 30 milyon manat civarında olduğu söylənilir.
Həmçinin onu da qeyd etmişdik ki, Tariyel Məmmədov bir çox yerlərdə söyləyib ki, yaxın zamanlarda BDYPİ-nin rəisi Ramiz Zeynalovun yerinə özü təyin olunacaq. Mənbənin bildirdiyinə görə Tariyel Məmmədovun sevimli bir şüarı var: “Kim deyir bu ölkədə haqq ədalət yoxdur, haqqını ver ədalətini al”. Yəni ədaləti, haqqı ancaq pulla almaq olar...


Elşad Abdullayevin və Tariyel Məmmədovun əmlakının siyahısı cəmiyyəti şoka salır

Xatırlatmaq üçün vaxtilə “qafqazregion.az” saytında Tariyel Məmmədovun sərvəti haqda gedən bəzi məlumatları yenidən yada salırıq. Məsələn, aidiyyəti qurumlar Tariyel Məmmədovdan niyə soruşmurlar ki, bu milyonları hansı yollarla əldə etmisən, idarə etdiyin 150.000 dollar qiymətində olan Mercedess CL markalı CİP, oğlunun idarə etdiyi 100.000 dollar qiymətində olan Lexsus CS 350 markalı avtomobil, “Torqovı” küçəsində yerləşən “ADİDAS “ dükanının üstündə 10.000.000 manatlıq mənzil, İSR-PLAZA ilə üzbəüz yerləşən binada 1.250.000 manatlıq mənzil, Fəvvarələr meydanında yerləşən 2.000. 000 manat qiymətində olan “Ciko” adlanan geyim mağazası, “Axundov bağı”nın ətrafında yerləşən binada 600.000 manatlıq mənzil, “İçərişəhər” metrosunun yaxınlığında yerləşən binada 1.000.000 manatlıq mənzil, Bayılda 20.000 000 manat qiymətində olan Hotel (Panorama), arxasında 5.000.000 manat qiymətində olan villa hansı pullarla alınıb?

Bəlkə, xəzinə tapmısan..? Bəlkə, atandan-babandan miras qalıb..?
Vaxtilə “qafqazregion.az” saytında gedən bu yazıların üstündən bir neçə il keçib. İndi təssəvvür edin ki, bu illər ərzində Tariyel Məmmədovun əmlakı neçə dəfə artıb..? Çünki Tariyel Məmmədovun qurduğu rüşvət mexanizmi hər il daha da təkmilləşir... Onu da qeyd edək ki, bu ilin sentyabr ayı Tariyel Məmmədovun 55 yaşı tamam olacaq. Tariyel Məmmədov deyir ki, “mənim yaşım beş qoşa olanda mühüm vəzifə tutacam, mənə yuxarıdan söz veriblər”.

Ölkə başçısının rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə elan etməsinə baxmayaraq, Tariyel Məmmədov öz yaxınlarına deyir ki, narahat olmayın, bu yaxınlarda DİN-in Baş DYPİ-nin rəisi general-mayor Ramiz Zeynalova 500 min manat pul vermişəm və vəzifədə ən azı 1 il də qalacam.
Korrupsiyaya qarşı mübarizədən söhbət düşəndə Tariyel Məmmədov deyir ki, boş şeydir, bütün əmlakımı həyat yoldaşımın adına rəsmiləşdirmişəm. Elə bilir ki, bununla özünü hər şeydən sığortalayıb. Bu adam hələ də başa düşmür ki, xırda bir araşdırma nəticəsində bir xanımın adına bu boyda əmlakın olmasının cinayət olduğunu aidiyyəti orqanlar asanlıqla sübut edə bilər.


“MERO” rəisinin Surət Hüseynovla siyasi işbirliyi…


Prezident seçkiləri ərəfəsində bəzi adamların fəallaşması Tariyel Məmmədovu da “olmadı elə, oldu belə” düşüncəsi ilə addım atmağa sövq edib. Və Tariyel Məmmədov keçmiş baş nazir Surət Hüseynovla siyasi işbirliyinə girməyə çalışıb. Hazırda seçki ərəfəsində Tariyel Məmmədov keçmiş baş nazirlə tez-tez məsləhətləşir ki, yığdığı sərvəti necə qorusun və özünə gələcək karyera qursun.

İndi isə əlimizdə olan faktlarla Tariyel Məmmədovun qurduğu “imperatorluğu” oxucuların diqqətinə çatdırmaq istəyrik. Qoy hüquq-mühafizə orqanları, aidiyyəti qurumlar özləri araşdırma aparsın. Ki, bu boyda əmlakın sahibi kimdir, bu əmlakı hansı yollarla əldə edib..?

Qeyd edək ki, Tariyel Məmmədovun sahibi olduğu, foto, videogörüntülərini sizə təqdim etdiyimiz və təxmini hesablamalara görə 20 milyon manat dəyəri olan 4 ulduzlu, klassik üslublu, şəhərin mərkəzinə yaxın yerləşən EAST LEGEND PANORAMA HOTEL 2006-cı ildə inşa edilib. Xatırladaq ki, hər bir şəraiti olan , Xanlar küçəsi, 38-də yerləşən otelin ərazisində sauna, hovuz, konfrans və biznes zalı, fitnes klub, 18 standart otaqlardan ibarət olan lüks nömrələr və sairə var.

Dəbdəbəli restoranından isə mənzərə düz Bakı buxtasına açılır. Yüksək səviyyədə şəraiti olan lüks nömrələrində 1 günlük qiyməti 115-125 dollar arasındadır. Təqdim etdiyimiz videoda həmçinin Tariyel Məmmədova məxsus olan və çox güman onun yaxınlarının adına rəsmiləşdirilən Eldar və Abdulla Əlibəyovlar küçəsi, 41-də yerləşən villa da öz əksini tapıb ki, hansının ki, dediyimiz kimi 5 milyona yaxın qiyməti var. Bütün bunların ayda bir dəfə maaşa qol çəkən adi dövlət məmuruna məxsus olması adamı dəhşətə gətirir. Əlbəttə aydındır ki,o bütün bunları öz halal maaşı ilə almayıb və bu heç mümkün də deyil.

Etibarlı mənbə bildirir ki, bütün bunlarla kifayətlənməyən “MERO” rəisi əmlakının sayını artırmaqda davam edir. Hazırda Tariyel Məmmədov Gəncədə boyuk bir imarət tikdirərək öz imperiyasını daha da genişləndirir.Deyilənə görə Tariyel Məmmədov qarşısına məgsəd goyub ki, tikdirdiyi həmin bu növbəti dəbdəbəli imarəti Göygöl rayonunun ərazisində yerləşən prezident iqamətgahından böyük olacaq.

Bundan başqa bildirilir ki, o Gəncə şəhərinin mərkəzində də bir neçə milyon manat qiymətində olan dukanlar alib ki,onları 10 000 manata icarəyə verib. Bu yaxınlarda isə Tariyel Məmmədov Bakıda qiyməti milyon manatlarla ölçülən neçə yeni əmlaklar alıb ki, növbəti yazılarımızda onlardan bəhs edəcəyik.
Bu yaxınlarda qəzetlərin birində Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransada məskunlaşıb ölkəmiz əleyhinə təbliğat aparan Elşad Abdullayevin əmlakının siyahısı dərc olunmuşdu. Adam dəhşətə gəlir ki, axı, adi bir rektorun bu boyda əmlakı ola biməz.

Bu heç bir iqtisadi qanunlara da sığımır. Dünyanın heç bir yerində az bir vaxtda bu boyda varlanma ola bilməz. Deməli, bütün bunların arxasında dəhşətli korrupsiya, rüşvət var. Taryiyel Məmmədovun da əmlakının siyahısı adamı dəhşətə gətirir. Bəlkə də bir müddətdən sonra Tariyel Məmmədov da Elşad Abdullayevin yolunu tutacaq. Çünki böyük kapital siyasi iştahanı açır.

Bir şəxsin əlində az qala 1 milyarda yaxın əmlakın cəmləşməsi ciddi siqnaldır. Həm də nəzərə almaq lazımdır ki, Tariyel Məmmədovun böyük siyasətə qatılması ilə bağlı xəbərlər gəlir. Ən pisi odur ki, əlində bu boyda kapital olan şəxs xarici qüvvələrin əlində oyuncağa çevrilsin. Bax, bu məqsədlə dövlət quqrumları Tariyel Məmmədovun əməllərini ciddi araşdırmalı və cəmiyyətə məlumat verməlidirlər. Yoxsa, sonra gec ola bilər.

Həm də nəzərə almaq lazımdır ki, Tariyel Məmmədov öz hamisi kimi mühüm dövlət adalarının adını hallandırır. Məsələn, vaxtı ilə o bu vəzifəyə təyin olunanda Gəncəlilərə deyirdi ki, mən bu vəzifəyə DİN-in birinci müavini Vilayət Eyvazovla yaxşı münasibətimə görə təyin olunmuşam. Sonra guya Ramiz Zeynalovla yaxın olduğunu bildirdi. Bir sözlə bütün bunları araşdırmaq və qərar qəbul etmək dövlət orqanlarının işidir.
Ancaq unutmaq olmaz ki, ikinci Elşad Abdullayevin yetişməsinə imkan vermək olmaz.

P.S Burda Uinston Çerçilin bir sözü yada düşür: “Qəzetlə milçək də öldürmək olar, qəzetlə naziri də öldürmək olar” Əlbəttə o qəzetə də yazını peşəkar jurnalist verməlidir. Biz Çerçildən sitat gətirməklə heç kimin xətirinə dəymək istəmirik, sadəcə olaraq bildirmək istəyirik ki, yaxşı olardı bölgələrdə Tariyel Məmmədov kimi məmurlara qarşı dövlət nəzarəti artırılsın.
Rasimoğlu