BolgeXeber.Com » Analitika » DYP İdarəsinin rəisinin Qubadakı yaşıl soyqırımı

DYP İdarəsinin rəisinin Qubadakı yaşıl soyqırımı

6-09-2013, 11:05
Oxunub: 12 074 Qubada daşkarxanaların yağışdan çıxan göbələk kimi artması artıq adi hal alıb.Bu daş karxanalrı isə sadə sahibkarlar deyil ancaq dövlət məmurların himayəsi altında fəaliyyət göstərir. Quba rayonun ərazisindəki çay yataqlarında bir çox nazirlər və digər vəzifəli şəxslərin daşkarxanalarından fərgli olaraq DİN Baş DYP İdarəsinin rəisi, polis general – mayoru Zeynalov Ramizin 4 ay ərzində tikdirib fəaliyyətə başlatdığı daşkarxanasıdır.Belə ki,Ramiz Zeynalov Quba rayonu Vəl-vəlıə çayı yaxınlığındakı meşə massivində 5 hektar ərazinin agaclarını məhv etdirərək yerində nəhəng daşkarxanası və betonzavod inşa etdirib.Qubadakı mənbəmiz bildirir ki,həmin ərazidəki karyerin və beton zavodun avadınlıqları və maşınlar Almaniyadan gətirilib. Quraşdırılan müəsisə ən son texnologiya ilə fəaliyyət göstərir.Maraqlısı isə Ramiz Zeynalovun qeyri qanuni olaraq zəbt edərək 5 hektar meəşə sahəsindəki yaşıl soyqırım apararaq bütün 5 hektar ərazidəki ağacları məhv edərək yerində betonzavod və daşkarxanası tikdirib.Mənbəmiz bildirir ki,işlər yeni başlayanda genral Ramiz Zeynalov şəxsən özüdə gəlib agacların ərazidə kəsilməsinə tamaşa edirdi.Kənd sakinləri bildirir ki hər dəfə Ramiz Zeynalov həmin əraziyə gələndə DYP-nin maşınlarının səsindən kənddə oturmaq olmurdu.Genralın hazırkı obyektinə Bakı- Quba yolundan 5 km yol var.Kənd sakinləri həmin meşə sahəsinin qırılmasının qanunsuz olduğunu meşə gğzətçisinə bildirsələrdə Meşə gözətçisi həmin ərazini genral Ramiz Zeynalovun aldığını bildirib.Kəndlilər meşələrin satılmaması və meşə zolaqlarında belə obyektlərin tiklməsinə Nazirlər kabinetinin xüsusi qərarın olduğunu bildirsələrdə xeyri olmayıb.Kənd sakinləri Ramzi Zeynalovun bu hərəkətinə etiraz olaraq daşkarkanalarına gedən yolu bağlamaq qərarına gəliblər.Beləliklə bir qurup kənd sakinin yolu bağlamaqla etiraz aksiayası keçirəcəkləri xəbəri Ramiz Zeynalova çatdırılır.Kənd sakinləri ilə söhbət edib onlarla razılığa gəlmək istəyən genral Ramiz Zeynalov YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi ilə birgə kəndə gəlir və həmin narazı sakinləri qəbul etmək məcburiyyətində qalır. Kənd sakinlərin haqlı narazlıqlarını eşidən DİN Baş DYP İdarəsinin rəisi, polis general – mayoru Ramiz Zeynalov çıxış yolu axtararaq rahat bir üsula əl atıb.Mənbəmiz qeyd edir ki, hamin qəbulda genral öz müavini Balakişi Əhmədova elə oradaca göstəriş verib ki,kənddə kimin sürücülük vəsiqəsi yoxdursa həmin şəxslərə pulsuz sürücülük vəsigəsi verilsin və yol polisi ilə kimin problem varsa həll edilsin.O cümlədən Ramiz Zeynalov kənddə imkansız ailələrə pul ərzaq paylatdırıb.Bununlada genral haqlı narazılıq edən kənd sakinlərini susdurmağa nail ola bilib.Hazırda Vəl-vələ kəndindən hər kimsə sürücülük vəsiqəsi almaqa gedirsə həmin kənd sakinindən pul alınmır.Eləcədə həmn kənd sakinlərinin maşınlarını saxlayan dyp-əməkdaşalrı Vəl-vələ kəndindən olan sürücülərə yaşıl işıq yandırıblar.
Mənbəmiz bildirir ki.hazırda DİN Baş DYP İdarəsinin rəisi, polis general – mayoru Ramiz Zeynalovun daşkarxanasında və betonzavoddakı işlərini müavini Balakişi Əhmədov idarə edir. Hər həftənin şənbə və bazar günləri YPX Alayının komandiri, polis polkovniki Balakişi Əhmədov Qubaya gəlir işlərə nəzarət edir.Mənbəmiz bildirir ki,Razmiz Zeynalovun 5 hektar meşə zolağında yaşıl soyqırım etməsindən və obyektlərin işə düşməsindən sonra indi həmin ərazidəki boş qalan meşə sahəsinə digər məmurlarında gözü düşüb.Mənbənin bildirdiyinə görə hazırda ramiz Zeynalovun zəbt etdiyi5 hektar sahənin yanında 20 hektardann çox sahə qalıb ki,oranıda Kəmaləddin Heydərov ələ keçirib.Mənbənijn bilgisinə görə Ötən həftə Kəmallədin Heydərov şəxsən özü Qubada olub və həmçin meşə sahəsinə baxıb. Fövqəladə hallar nazirinin meşə zolagından xoşu gəldiyi bildirirlir. Və ərazidə müasir standartlara cavab verən daşkarxanası tikilməsi üçün göstəriş verib.Mənbə qeyd edir ki, Quba rayonu Vəl-vələ çayının Qorxmazoba kəndi ərazissində Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 3 yerdə daşkarxanaları və beton zavodu fəaliyyət göstərir.Hazırda föqəladə şefi yini karyer və beton zavod tikmək üçün 20 hektardan çox ərazidəki ağacların kəsilərək ərazinin təmizlənməsi göstərişini verib.Hazırda həmin ərazidə fövqəladə hallar nazirinin göstərişinə uyğun olaraq yaşıl soyqırım aparılır.Bildirək ki, DİN Baş DYP İdarəsinin rəisi, polis general – mayoru Ramiz Zeynalovun yeni tikdirdiyi daşkarxanasının yaxınlığında Daxili İşlər naziri Ramil Usubovun üç , Azəryolservisin rəhbəri Cavid Qurbanovun beş ,Nəqliyyat naziri Ziya Məmmədovun on iki daşkarxanası fəaliyyət göstərir.Onuda bildirək ki, daşkarxanaların və betonzavodların fəaliyyəti çay yataqlarının aşağı düşməsi ilə nəticələnir.Son zamanlar Quba rayonunda Bakı-Rostov yolunda 3 körpünün və avtomagistiaralın bir neçə yerdən dağılmasını mütəxəsislər çaylar üzərində fəaliyyət göstərən daşkarxanaları ilə əlaqələndirmişdilər.Hazırda Vəl-vəlıə çayı üzərində olan əsas körpü uçmaz təhlükəsi üzləşib.Buna səbəb nazirlərin bir-birilərinin bəhsinə tikdirdikəri karyerlərdir ki, bsonda bununda təmir olunması dövlət budcəsindən milyonlarla pulun xərcəlnməsi ilə nəticələnir.
(Gündəm xəbər.az)