Azəriqaz İB-nin 185-104 qaynar xətt xidmətlərində özbaşnalıq

Azəriqaz İB-nin 185-104 qaynar xətt xidmətlərində özbaşnalıq

Sabunçu qəsəbə sakinindən araşdırma

Azəriqazın pr-meneceri Tahir Kazımov həftədə iki dəfə efirdə Azəriqaz şirkətini tərifləməkdən əldən düşüb. Bizim xidmət kristal qədər şəffafdır. Ancaq Kazımov unudur ki, qara kristal necə şəffafdırsa Azəriqazın xidməti də qara kristal kimi şəffafdır. Kazımov hətta bir-bir hansı ərazi, qəsəbə, kəndin qazlaşdırılması barədə, yəni köhnə xətlər yenisi ilə əvəz edildiyindən ağız dolusu efirdə bəh-bəhlə danışır. Ancaq demir ki, yeni xətlərlə verilən qazın təzyiqi o qədər aşağıdır ki, müasir avadanlıqların tələblərinə cavab vermir. Yəni, işləmir.
İndi zəhmət çəkib, kombi sistemi quraşdıranlar məcburdurlar ki, yenidən ibtidai (yəni ptimitiv)üsulla düzəldilən “samovar və ceyran” cihazlarını təkrar bərpa etsinlər.
Şikayətimizi qaynar xətt xidmətinə zəng vurub dedik. Zəngimizə cavab verən hərəkət məmuru (dispeçer) cavan oğlan dedi:- 104-ə zəng vurun şikayətlərə onlar baxır. Cavabı məni lap çaşdırdı. Səhv etdiyimi zənn edərək internetdə Azəriqaz İB saytına baxdım. Oradan olduğu kimi surətini köçürdüb yazıma əlavə etdim.

185 haqqında

Siz bu nömrəyə zəng etməklə texniki məsələlərlə bağlı şikəyət, irad və təkliflərinizi bildirib, təbii qaza görə yaranan borcunuzu öyrənə bilərsiniz.

104 haqqında

Bu nömrəyə zəng etməklə Siz qazın təchizatı ilə bağlı olan suallara cavabları öyrənə bilərsiniz, qaz sızması və qəza hadisələri haqqında məlumatları bu nömrəyə zəng etməklə xəbər verə bilərsiniz.

Gördüyünüz kimi saytda verilən məlumatda da bildirilir ki, mən yanlış ünvana zəng vurmamışam. Ancaq 185 öz vəzifə borcunu yerinə yetirmək əvəzinə onun xidmətlərini 104-ün icra etməsini məsləhət görür.

Artıq iki aydır ki Sabunçu Qİİ-nin 38 Saylı Qaz İstismar Sahəsinin sahə ustası Mikayıla şikayət müraciətlərimiz cavabsız qalıb.

Sabunçu Rayon Qaz İstismar Sahəsinin rəisi İsmixan Nəsirovun qəbuluna düşmək qeyri mümkün olduğu kimi, zənglərim də cavabsız qaldı.

Sonuncu ümidim Azəriqazın baş direktorunun satış və istismar üzrə müavini Məmmədov Qamət Dadaş oğlu oldu. Tel:-(+99412) 521 24 72 Zəng vurmağımla şikayətim var deməyimlə telefonun o biri tərəfindən kişi səsi:- 185-ə zəng vurun. Mən təkrar bağışlayın izn verin sözümü deyim söyləyəndə cavab:- 185-ə zəng vurun, zəng vurun deyərək dəstəyi asdı.

Deyəsən Sabunçu qəsəbəsinin stansiyayanı küçəsinin sakinləri keçən il olduğu kimi bu ili də qazsız keçirtməli olacaqlar.

Bəs dərdimizi kimə deyək?

Bolgexeber.com üçün hazırladı sabunçu qəsəbəsinin sakini Tahirə Ağasiyeva
24-11-2012, 13:00
Geri qayıt