BolgeXeber.Com » Ölkə » “Azəryolservis”in yeni rəisinə banklardan qadağa,Saleh Məmmədov məcburən müavin təyin olunub

“Azəryolservis”in yeni rəisinə banklardan qadağa,Saleh Məmmədov məcburən müavin təyin olunub

5-03-2015, 14:53
Oxunub: 9 833 “Azəryolservis”in yeni rəisinə banklardan qadağa,Saleh Məmmədov məcburən müavin təyin olunubCavid Qurbanov “Azəryolservis” ASC-dək, vəzifəsindən azad ediləndən sonra qurumda maraqlı olay baş verib.

Belə ki, Nəqliyyat naziri Ziya Məmmədov cəmiyyətə etibar etdiyi şəxsi, 1 saylı yol tikinti idarəsinin rəisi Saleh Məmmədovu ASC-yə sədr əvəzi təyin edir. Belə tələsik addım atmanın səbəbi isə bu olur ki, Cavid Qurbanov “Azəryolservis” ASC-yə öz adamını təyin etdirmək istəyirmiş. Buna görə Ziya Məmmədov vaxt itirmədən belə addım atıb.

Mia.az-ın məlumatına görə, təyinatdan bir neçə gün sonra aydın olub ki, maliyyə əməliyyatları aparmaq üçün Saleh Məmmədovun heç bir hüquqi səlahiyyəti yoxdur. Daha doğrusu, banklarla əməliyyat keçirtmək istəyən ASC rəhbərinə bildirilib ki, onun elektron imzası etibarlı sayılmır və banklar onun imzası ilə pul köçürmələrini, bank əməliyyatlarını qəbul etmirlər. Bundan sonra Ziya Məmmədov məcbur qalaraq, onu ASC-də müavin vəzifəsinə təyin edərək, həm də sədr əvəzi kimi fəaliyyət göstərməsinə şərait yaradıb. Ziya Məmmədovun vəzifəsindən azad etdiyi müavin isə Cavid Qurbanovun ən yaxın adamı olub. Amma deyəsən, Saleh Məmmədovun problemi bununla həll olunmayacaq. Əldə etdiyimiz məlumata görə hazırda Saleh Məmmədov ASC-də rəhbər vəzifədə olan şəxslərin hər birinə az qala rəqib gözü ilkə baxır və bu səbəbdən ümumi gərginlik yaranıb. Saleh Məmmədovun isə ASC-yə sədr təyin olunması isə hələlik xəyal olaraq qalır. Çünki bundan öncə işlədiyi vəzifədə onun bir sıra qaranlıq əməliyyatlar keçirdiyi, ştatda ölü canların olması ilə bağlı məlumatlar ortaya çıxıb. Ona görə də onun “Azəryolservis” ASC-yə təyin olunması üçün prezident sərəncamının olması sual altındadır.