BolgeXeber.Com » Ölkə » Bərdədə “Avromed Company” MMC-nin Bərdə regional şöbəsinin açılışı olmuşdur
Bərdədə “Avromed Company” MMC-nin Bərdə regional şöbəsinin açılışı olmuşdur
12-08-2015, 17:48
Oxunub: 31 555
Avqustun 11-də Bərdə şəhərində “Avromed Company” MMC –nin regional şöbəsinin yeni tikilmiş binasının açılışına həsr edilmiş tədbir keçirilmişdir
Açılış tədbirində rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “Avromed Company” MMC-nin təsisçisi, Millət vəkili Cavamşir Feyziyev, Millət vəkili Zahid Oruc, Şirkətin baş direktoru Əzizə Baxşıyeva, Regional şöbənin direktoru Cavid Məmmədov iştirak etmişlər.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya giriş sözü ilə açaraq rayon ictimaiyyətini təbrik etmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkə əhalisiniin keyfiyyətli dərman preparatları ilə təmin edilməsinə diqqət və qayğısından danışmişdir. Bildirmişdir ki, ölkəmizdə bu cür sosial obyektlərin əhaliyə tibbi xidmət səviyyəsinin yaxşılaşdırılmasındakı əhəmiyyəti böyükdür. Qeyd olunmuşdur ki, “Avromed”in Bərdə regional şöbəsinin binası üçmərtəbəlidir. 7200 kv. metr ərazidə yaradılmışdır. Ərazidə 1850 kv. metr sahəsi olan ambar və ofis tikilmiş, hazırda Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayonlarına xidmət göstərir. Ofisin 11 avtomobili var.Burada 58 nəfər daimi işlə təmin edilmişdir. Onlar üçün hər cür şərait yaradılmışdır. Şöbə tərəfindən 170 müştəri gündəlik dərman pereparatları və tibbi ləvazimatlarla təmin edilir.
Tədbirdə Mərkəzi xəstəxananın həkim-terapevti G. Əliyeva, “QMƏVŞA” İB –nin rayon şöbəsinin sədri E.Hüseynova, Avromed şirkətinin Baş direktoru Ə.Baxşıyeva, Avromed Şirkətinin təsisçisi, Millət vəkili C.Feyzoyev, Millət vəkili Z.Oruc çıxış edərək göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda binaya baxış keçirilmişdir.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər