BolgeXeber.Com » Ölkə » Prezident İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı sərəncam imzalayıb
31-10-2018, 18:39
Oxunub: 3 621
Prezident İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu çoxəsrlik tarixə malik abidələr və unikal mədəniyyət nümunələri ilə zəngin bir ərazidir.
Son illərdə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində “Aşağı Karvansaray” Kompleksi, “Şəkixanovların evi”, M.F.Axundzadənin ev-muzeyi, qədim küçələrin bir hissəsi bərpa olunmuş, müəyyən abadlıq işləri görülmüşdür.
Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilmiş, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilmiş, 2017-ci ildə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil olunmuşdur.
Şəkinin turistlər üçün cəlbedici məkana çevrilməsi əsrlərin sınağından çıxmış, təbii təsirlərə məruz qalmış tarix və mədəniyyət abidələrinin konservasiyası və bərpası, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsi, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işlərinin sürətləndirilməsini şərtləndirir.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üç ay müddətində “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınmasını və vahid məlumat bazasının yaradılmasını təmin etsin; “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin uzunmüddətli qorunması, konservasiyası, bərpası və məqsədyönlü istifadəsi ilə bağlı konsepsiyanın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər