BolgeXeber.Com » Ölkə » Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

31-01-2019, 11:46
Oxunub: 2 419 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıbÖtən gün ərzində daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün 30 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.