BolgeXeber.Com » Ölkə » Azərbaycan səhiyyə və təhsilin inkişafı ilə bağlı BMT-yə hesabat verəcək
Azərbaycan səhiyyə və təhsilin inkişafı ilə bağlı BMT-yə hesabat verəcək
18-06-2019, 13:17
Oxunub: 2 710
Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə iyulun 15-də BMT-yə təqdim edəcəyi ikinci hesabatda əksini tapan mövzular açıqlanıb.
Bu barədə jurnalistlərə açıqlamasında Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov məlumat verib.
O bildirib ki, milli hesabatlar hər dəfə müxtəlif mövzular üzrə hazırlanır: “Bu dəfə ki, mövzular isə Azərbaycanda təhsilin, səhiyyənin inkişafı ilə əlaqədardır. İnsan amilinin inkişaf etdirilməsi ilə bilavasitə əlaqədar olan məsələlər BMT-yə təqdim olunacaq ikinci hesabatda öz əksini tapacaq. Bu gün Azərbaycanda böyük nailiyyətlər əldə olunub. Azərbaycanda artıq təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb. İnsanlara səhiyyə xidmətinin göstərilməsi istiqamətində çox böyük layihələr həyata keçirilir. Eyni zamanda gələn ildən icbari tibbi sığorta tətbiq olunacaq. Hesabatla bağlı icmal isə artıq BMT-nin saytında yerləşdirilib. Bu yaxınlarda hesabat da saytda yerləşdiriləcək”.
Baş Nazirin müavini xatırladıb ki, BMT-nin hazırladığı beynəlxalq layihə Azərbaycan tərəfindən də dəstəklənir: “Azərbaycanda bu layihənin həyata keçirilməsinə qoşulub. Bu layihənin əsas məqsədi 2030-cu ilə qədər dünyanın əhəmiyyətli dərəcədə dəyişdirilməsindən ibarətdir. Hesab edirəm ki, Azərbaycan da sürətlə dəyişən bir ölkə kimi bu proqramın həyata keçirilməsində yaxından iştirak edəcək. Azərbaycan indiyə qədər milli hesabatını ikinci dəfə BMT-yə təqdim edən 14 ölkədən biridir. MDB ölkələri arasında yalnız Azərbaycan ikinci dəfə öz milli hesabatını BMT-yə təqdim edəcək”.
Qeyd edək ki, hesabat iyulun 15-də BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında təqdim olunacaq.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər