

04 dekabr 16:10

04 dekabr 16:08

04 dekabr 15:36

04 dekabr 15:11

04 dekabr 14:00

04 dekabr 12:30

04 dekabr 12:14

04 dekabr 12:05

04 dekabr 12:01

04 dekabr 10:47

10:55
Bu günün ulduz falı

Azərbaycanlı "qanuni oğru"ya 10 il həbs verildi

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Sputnik Belarus” xəbər verib.
Xatırladaq ki, o, ötən ilin noyabrında iki yaxın adamı ilə bərabər silah və narkotiklərin qanunsuz dövriyəsinə görə saxlanılmışdı. Onun Minsk şəhərində kirayələdiyi evdə və avtomobildə “Makarov” və “TT” silahları, 14 ədəd güllə, 5,8 qram həşiş aşkarlanmışdı. R. İsmayılovun Rusiyaya məxsus saxta sənədlə sərhədi keçdiyi bildirilmişdi.
İkinci təqsirləndirilən şəxs, İsmayılovun sürücüsü, üzərində tapanca və patronlar tapılan Belarus vətəndaşı 8 il müddətinə, üzərində narkotik tapılan üçüncü şəxs isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onların adları açıqlanmır.
Qeyd edək ki, həbs edilən Rəşad İsmayılov “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifova ən yaxın şəxslərdəndir.
Bölmə: Ölkə | 20 iyul 2019 11:09