BolgeXeber.Com » Ölkə » Mübahisəli qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılacaq
Mübahisəli qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılacaq
5-09-2019, 16:51
Oxunub: 3 027
"Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi nəhayət, bu il Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Bu barədə APA-ya Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.
O bildirib ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi tam hazırdır və Milli Məclisin payız sessiyasının plenar iclaslarının birinə təqdim olunacaq: “Qanun layihəsində narazılıq doğuran məsələlər var idi. Bunlar - surroqat ana və cinsi hüceyrələrin donorluğu idi. Hər iki maddə qanun layihəsindən çıxarılıb”.
Komitə sədrinin müavini qeyd edib ki, payız sessiyası ərzində “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna da əlavə və dəyişikliklər ediləcək: “Buna səbəb isə gələn ildən icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır”.
Qeyd edək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi uzun illərdir ki, qəbul edilmir. Layihədə yer alan məqamlar dəfələrlə mübahisəyə səbəb olub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər