BolgeXeber.Com » Ölkə » Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

1-11-2019, 18:05
Oxunub: 3 183 Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQEkologiya və Təbii Sərvətlər Nazirliyi güclü küləklə bağlı xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.

Fasilələrlə yağış yağacaq.