XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Köhnə binaların yeni dərdi

Köhnə binaların yeni dərdi Bakıya yeni liftlər gətirilib. Amma insanların lift problemi yenə də həll edilməmiş qalıb

Sakinlər yeni liftlərin köhnə binalara uyğun olmadığından şikayətlənirlər. Onlar bildirirlər ki, yağış yağanda su damdığı üçün bu liftlər xarab olur. Belə bir problemin yaşanmaması üçün yağış yağan kimi liftlər söndürülür.

Lakin yeni liftlərlə bağlı problemlər bununla da yekunlaşmır. İnsanlar iddia edirlər ki, tamamilə elektronlaşdırılan bu liftləri təmir etmək üçün usta tapılmır. Çünki indiyə kimi liftlərə nəzarət edən ustaların hamısı köhnə sovet istehsalı olan liftləri təmir edə bilirlər.

Bəs görəsən, Bakı Lift Təmir İstehsalat Birliyi tərəfindən bu istiqamətdə olan problemlərin aradan qaldırılması üçün hansı addımlar atılır?

Birliyin direktoru Xalid Ələkbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib k, Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 5 fevral 2019-cu il tarixli Sərəncamına əsasən Bakı şəhərində 542 liftin dəyişdirilməsi nəzərdə tutulub: "542 ədəd liftin alınması üçün "Lifttəmir" İstehsalat Birliyi Almaniya istehsalı "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalayıb və hazırda bu liftlərdən 492 ədədi gətirilib. 130-dan çox lift quraşdırılıb və FHN-nin mütəxəssisləri tərəfindən istismara qəbul edilib. Hazırda paytaxtın Nizami, Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 ədəd yeni liftin quraşdırılması işləri aparılır".

"Lifttəmir” İstehsalat Birliyi yalnız Bakı şəhər rayon mənzil-kommunal təsərrüfat birliyinin balansında olan 1236 binada 5330 ədəd liftə texniki xidmət göstərir. Hər bir lift ildə bir dəfə FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müvafiq müfəttişliyi tərəfindən texniki baxış keçir və növbəti il üçün istismarına icazə verilir", - deyə o əlavə edib.

X.Ələkbərov sakinlərin fikrini qəbul etməyərək, bu cür liftlərin təmiri ilə məşğul olmaq üçün heç bir kadr çatışmazlığının olmadığını bildirib. O yeni gələn liftlərin yerli mütəxəssislər tərəfindən quraşdırıldığını deyir. Onun sözlərinə görə, ümumi ustaların sayı 200, liftlərin montajı ilə məşğul olan ustaların sayı isə 100-dür.

Birlik direktoru yağış sularının yaratdığı problem məsələsini dolayısıyla təsdiq edib: "Yeni lift quraşdırılan zaman həm liftin şaxtası, həm damdakı lift otağı təmir edilir, həm də mühərrik yerləşən otağın üzərinə tol çəkilir ki, yağış düşməsin. Qeyd etdiyiniz yağış sularının elektron avadanlıqlara təmas etməsi ehtimalı varsa, təhlükəsizlik nöqteyi-nəzərindən liftlər söndürülür".

Qeyd edək ki, bir neçə gün öncə Prezident İlham Əliyevin qəbulunda olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov liftlərin quraşdırılması ilə bağlı hesabat vermişdi: "Sizin Sərəncamınızla Bakı şəhərinin lift təsərrüfatını inkişaf etdirmək üçün 32 milyon manat vəsait ayrılıb. Həmin Sərəncamda 542 liftin alınması nəzərdə tutulmuşdu. Biz büdcə vəsaitindən səmərəli istifadə etmək barədə Sizin tövsiyələrinizə və tapşırıqlarınıza əsasən şirkətlə danışıqlar apardıq və beləliklə, burada vəsaitə qənaət yarandı. Biz bu qənaət hesabına ilin axırınadək əlavə 39 lift almaq niyyətindəyik".

Beləliklə, ilin axırınadək quraşdırılacaq yeni liftlərin sayı 581 olacaq. Yaxın illərə aid olan proqnozlara görə, Bakı şəhərində 2500-ə qədər lift mərhələ-mərhələ dəyişdirilməlidir.


Bölmə: Ölkə | 11 noyabr 2019 12:19





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: