XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Müşfiq Abbasovun evini əlindən necə aldılar? - Detallar

Müşfiq Abbasovun evini əlindən necə aldılar? - Detallar“Bu şəhərdə” komandasının baş prodüser və ssenaristi Müşfiq Abbasov sosial şəbəkə hesabında evinin məhkəmə qərarıyla əlindən alınması ilə bağlı detalları açıqlayıb

Kult.az xəbər verir ki, Müşfiq Abbasov dövlət qurumu tərəfindən təsdiqlənmiş “kupça”nın saxta olduğunu bildirib:
“Mənim heç kimə “dələduz” demək hüququm yoxdur” - bunu fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Həsənova Gülrux Sənhan qızına onun xalası Həsənova Mehriban Hüseyn qızının iddiasından sonra Apellyasiya Məhkəməsinin hakimi Cəmilova Xəyalə Adil qızının qərarı deyir.
İş orasındadır ki, sən demə, mənim 2013-cü ildə G.Həsənovadan aldığım evin “kupça”sı saxta imiş və həmin saxta çıxarışa əsasən də mənə çıxarış verilib (Həmin evi M.Həsənovanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə öz baldızı qızı G.Həsənovanın adına alıb. Alandan 3 il sonra Taleh Həsənov dünyasını dəyişib. T.Həsənov özü o evə gəlib-getsə də, həyat yoldaşı Mehriban Həsənova heç vaxt orada yaşamayıb və onun adına da heç bir sənəd olmayıb. Amma ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib). Hər necə olsa da, axı mənim nə günahım var? Axı bu alğı-satqını 5 saylı Dövlət Notariat Kontoru təsdiqləyib və sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ona əsasən mənə çıxarış verib. İndi, 6 ildən sonra hakim Xəyalə Cəmilova dövlətin adından mənə deyir ki, evi Gülruxun xalası Mehribana qaytar, sonra özün get Gülruxdan pulunu istə”.
Müşfiq Abbasov M.Həsənovanın onu vəzifəli qohumları ilə hədələdiyini bildirərək, məhkəməni ədalətsiz qərar çıxarmaqda günahlandırıb:
“M.Həsənova mənə telefonda dedi ki, mənim Prezident Aparatındakı bacım qızı ilə Nazirlər Kabinetindəki bacım Azərbaycanda hər hakimin “ağzını yumar”, havayı yerə vəkillərə pul xərcləmə.
Yəni hakim X.Cəmilovanın və xala M.Həsənovanın bu məntiqindən belə çıxır ki, Azərbaycanda kim istəsə, dövlət sənədlərini saxtalaşdırıb, külli miqdarda (145 min dollar) dələduzduq edib, pulu “atıb” həbs olunmaya, azadlıqda qala bilər: hər ehtimala qarşı Azərbaycan Respublikası Konstitusiyasının 29 madəsinə (Maddə 29. Mülkiyyət hüququ), Əmlak Komitəsinin verdiyi sənədə, Dövlət Notariatının təsdiqlədiyi müqaviləyə heç vaxt güvənib ev almayın! Məhkəmənin qərarı ilə hər bir vətəndaşın, vicdanlı alıcının mülkü hər an, hətta 6 ildən sonra əlindən alına bilər.
Belə çıxır ki, Azərbaycan vətəndaşları hər ehtimala qarşı mülkləri əllərindən alınmamış hər şeyi satıb, kirayələrdə yaşamalı, gedib başqa dövlətlərdə ev almalıdır? Əminəm ki, bu, belə deyil, çünki biz hüquqi dövlətdə yaşayırıq”.
M.Abbasov məsələ ilə bağlı aidiyyəti yerlərə müraciət etdiyini söyləyib:
“Bununla bağlı Prezidentimizin Hüquq məsələləri üzrə köməkçisi cənab Fuad Ələsgərova, Ədliyyə nazirimiz cənab Fikrət Məmmədova və Məhkəmə-Hüquq Şurasına müraciətlər etmişəm.
Ümid edirəm ki, müraciət etdiyim insanların və məsələnin ictimailəşdirilməsi nəticəsində noyabrın 25-də Ali Məhkəmədə işimizə baxacaq hakim Vəliyeva Elşanə Rafiq qızı vicdanlı və ədalətli qərar çıxaracaq”.
Qeyd edək ki, M.Abbasovun ev məsələsi ilk dəfə bu ilin iyul ayında gündəmə gəlmişdi.
Bölmə: Ölkə | 20 noyabr 2019 12:11





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: