XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİA

Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİALaçından olan məcburi köçkün, 37 yaşlı Maarif Şahgəldiyev “Fortis Group” MMC tərəfindən aldadıldığını deyir

DİA.AZ-ın məlumatına görə, 27 ildir Kürdəmir rayonunda Laçın köçkünlərinin məskunlaşdığı yataqxanada yaşayan şikayətçinin sözlərinə görə, 2015-ci ildən “Azbentonit” Zavodu ilə əməkdaşlıq edib. Zavodun sement məhsullarını alıb, üstünə müəyyən məbləğ qoyaraq satırmış. Sonradan zavodun adı “Garant İnşaat Sənaye”, indi isə “Fortis Group” olub.

Ticarət zamanı Maarif Şahgəldiyevin zavoda 30 min manata yaxın borcu yaranıb. Deyir, borc övladının xəstəliyi və zavoddan aldığı yarıyararsız materiallara görə artıb: “Satılan materiallardan bəzisi geri qayıtdı. İstifadəyə yararsız idi. Burada bir az zərər etdim. Övladım da ağır xəstə idi, ürəyində problem vardı. Onun müalicəsinə də çox xərcim çıxdı. Nəticədə, satılan məhsulun pulunu vaxtında verə bilmədim. 30 min manata yaxın borc yığıldı”.

Şikayətçi deyir ki, zavodun əvvəlki müdiriyyəti ilə borcda razılaşıblar. Yenə əvvəlki kimi material götürüb satır, əldə etdiyi bütün vəsaiti zavoda verirmiş: “Mənə qalan qazancı da götürmürdüm. Allah bilir ki, borcu söz verdiyim kimi qaytarım deyə, həmin vaxt ailəmlə necə çətin günlər yaşamışıq. Yaxşı da qaytarırdım. 1 ilə 8 min manat verdim. Qaldı 22 min. Sonra müdiriyyət dəyişdi. Yeni gələn müdir Elşad Bayramov dedi ki, ya 22 mini tam gətir, ya da səni verirəm məhkəməyə”.

Maarif Şahgəldiyev deyir ki, işlədiyi illər ərzində zavoddan dövriyyəsi 1 milyon manata yaxın olub. Material alıb, satıb və pulunu ödəyib. Ancaq zavod sahibinin borcunu tam ödə tələbini yerinə yetirə bilməyib. Çox söz-söhbətdən sonra Elşad Bayramov ona 30 min manat müqabilində limit açmağa razı olub.

“Daha nə edim, 22 mini tam ödəyə bilmirdim deyə, razılaşdım. Mənə 30 minlik mal verəcəkdi, əvvəlki kimi satıb, borcumu qaytaracaqdım. Sənədi gətirdi, imzaladım. Sonradan mənə mal vermədi. Ancaq vermiş kimi göstərib, məni məhkəməyə verdi. Guya 60 min manat borcum var ona”.

Maarif Şahgəldiyev deyir ki, o, heç vaxt zavoddan qaimə və fakturasız mal götürməyib. Odur ki, Kürdəmir Rayon Məhkəməsindən xahiş edib ki, Elşad Bayramov ona mal verməsi ilə bağlı sənəd təqdim etsin: “Hər şeyi açıq dedim. Borcumun necə yaranmasını. Nə qədərini ödədiyimi və s. Hakim mənimlə razılaşdı. Elşad Bayramovdan sənəd tələb etdi. Ancaq 5 məhkəmə iclası boyunca onlar heç bir sənəd təqim edə bilmədilər. Hakim mənim onlara 22 min borcumun olduğuna qərar verdi”.

Maarif Şahgəldiyev deyir ki, Elşad Bayramov bundan sonra da ondan əl çəkməyib. 60 minlik borc tələbi ilə Şirvan Apelyasiya Məhkəməsinə müraciət edib. O, yenə məhkəmədən sənəd verilməsini tələb etsə də, bu dəfə hakim onun dediyini etməyib. 60 minlik borcun olmasına, onun 8 mininin qaytarılıb, 52 mininin qaldığına qərar verib: “Məhkəmə mənim heç bir xahişimi, tələbimi nəzərə almadı. Zavod sahibinin haqsız iddiası təmin edildi”.

Qeyd edək ki, Maarifin anası Minayə Şahgəldiyeva onkoloji xəstəlikdən əziyyət çəkir. Deyir, bir balası var. Onu şərləyib, həbs edəndən sonra yaşamaq istəmir: “Oğlum həbs edilsə, nə yolla olur-olsun, dağla, meşəylə keçəcəm Laçına. Qoy ermənilər məni vurub öldürsünlər. İnanın, pul tapıb, xəstəxanaya gedə bilmirəm. Ürəyim də problemlidir, təzyiq də bir tərəfdən. Yemirik-içmirik ki, borcumuzu qaytaraq. Daha nə edək? Borcdan imtina etmirik ki. Şərait yaratsın, ödəyək də. Niyə tutdurmaq istəyir?”

Minayə Şahgəldiyeva deyir ki, Laçından çıxara bildiyi tək varı-dövləti oğlu Maarifdir. Ondan başqa övladı yoxdur. 6 nəfərlik ailə oğlunun öhdəsindədir. O, həbs olunsa, ailə hərtərəfli məhv olacaq: “İki azyaşlı uşağı var, köçkünük, bizə acısınlar, nolar. Çox şey istəmirik, sadəcə ədalətli məhkəmə araşdırması istəyirik. O pulu bizə hədiyyə etməsinlər. Sübut olunan borcun hissə-hissə ödənməsinə imkan versinlər, bəsimizdir. Oğurluq, quldurluq etsə, deyərəm, tutun. Etməyib axı. Balasının xəstəliyinə görə borcu yaranıb. Ondan da qaçmır, deyir: “ödəyirəm”. Sadəcə bir yola gəlmirlər. Dirəniblər, həbsini istəyirlər. Olmaz axı belə”.
Bölmə: Ölkə | 22 noyabr 2019 10:12





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: