XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulub

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulubİctimai həyatın bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunması istiqamətində Azərbayсan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulub

Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmişdir.

Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 30 namizəd Qaydaların 7.5-сi bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).

Namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət

qazanmış namizədlərin siyahısı

Abbasov Pərvin Bəylər oğlu
Cavadlı İsmayıl Araz oğlu
Eyyubov Eyyub Süleyman oğlu
Əliyev Zaur Allahverdi oğlu
Əlizadə Kənan Cavanşir oğlu
Əsgərov Vüsal Hacısəyyad oğlu
Fətullayeva Nərmin Rəşid qızı
Hacıyev Hacı Hidayət oğlu
Həsənova Aysel Həsən qızı
Həşimzadə Nərmin Fəxrəddin qızı
Hümbətov Elmir Sahib oğlu
Hüseynov Xanoğlan Qəhrəman oğlu
İsmayılov Ramil Ramiz oğlu
Qarayev Abbas Məmməd oğlu
Qəmbərli Rahim Ağamali oğlu
Qurbanova Əfsanə Rövşən qızı
Məmmədli Allahyar Qədir oğlu
Məmmədli Nicat Qoşqar oğlu
Məmmədov Aydın Araz oğlu
Məmmədov Nahid Murad oğlu
Məmmədov Yusif Guşat oğlu
Rəhimli Tuqay Rafael oğlu
Sadıqov Rəhim Rəhman oğlu
Səfərli Fərid İntiqam oğlu
Səmədli Qədir Şakir oğlu
Şıxəliyeva Lətifə Şahin qızı
Şükürov Nail Kamil oğlu
Tarverdiyev Zaur Nazim oğlu
Yahyazadə Nigar İlham qızı
Zülbalayev Rahim Asim oğlu
Bölmə: Ölkə | 22 noyabr 2019 18:20





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: