BolgeXeber.Com » Ölkə » Aldığı rüşvətin cəmi 10 faizini yediyini deyən məmur yenidən hakim qarşısında

Aldığı rüşvətin cəmi 10 faizini yediyini deyən məmur yenidən hakim qarşısında

26-11-2019, 13:53
Oxunub: 3 845 Aldığı rüşvətin cəmi 10 faizini yediyini deyən məmur yenidən hakim qarşısındaXəstəliyi olan gəncləri hərbi xidmətdən saxlatdırmaq üçün pul almaqda ittiham edilən vəzifəli şəxs yenidən hakim qarşısına çıxarılır

O, aldığı 5 il azadlıqdan məhrum etmə cəzasıondan narazıdır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin sabiq əməkdaşı Hafiz Ağamalıyev cəzadan narazı qalaraq apellyasiya şikayəti verib.

O, cəzasının yüngülləşdirilmşsini istəyib.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Musaquliyevin sədrliyi ilə baxılacaq. Bu işdən həmçinin prokuror da prtoset verib.

H.Ağamalıyevə dələduzluq, rüşvət verməyə təhrik etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə bağlı ittiham verilib.

İddia olunur ki, o, təxminən on nəfərə övladlarının hərbi xidmətlə bağlı problemlərini həll edəcəyinə söz verib, onlardan pul alıb. Deyib ki, bu pullar daha yuxarı vəzifədə işləyən adamlara çatacaq.

Ona görə H.Ağamalıyev CM-in 178-ci (dələduzluq) maddəsilə yanaşı, həm də 34.312 (rüşvət verməyə təhrik) maddəsilə cinayət məsuliyyətinə cəlb olunub.

H.Ağamalıyev özünü qismən təqsirli sayır.

O, sifarişlə həbs olunduğunu vurğulayır: "Mən sifarişlə həbs olunmuşam. Əvvəl-axır bunların rüşvətxorluğu üzə çıxacaq. Mən demirəm ki, heç nə almamışam. Almışam, amma aldığımın cəmi 10 faizini yemişəm. Buna baxmayaraq, mən yenə kişilik elədim, heç kimin adını demədim. Günahım var, amma 5 ilə layiq deyiləm. Atam-anam fəhlə olub, biz ailədə 12 uşaq idik. Su satmışıq, amma həmişə haqq-ədalət axtarışında olmuşuq. Yuxarıda oturanların əməllərini ifşa edirdim, onların fəaliyyəti barədə yuxarılara yazırdım. Buna görə də məni tutdurdular. Mən heç bir vətəndaşı məcbur edib pulunu almamışam".

Qeyd edək ki, H.Ağanalıyev Sabunçudan öncə Xidmətin Cəlilabad rayon şöbəsində işləyib. 2017-ci ildə Bakıya gəlib.
Onun sözlərinə görə, Xidmətin Sabunçu rayon şöbəsinin rəis müavini İslam Məmmədovla aralarında gərginlik olub.
İ.Məmmədov da bir müddət öncə vəzifəsindən azad edilərək, sərəncama göndərilib.
0