BolgeXeber.Com » Ölkə » Daha iki tələbə qidadan zəhərləndi

Daha iki tələbə qidadan zəhərləndi

30-11-2019, 10:40
Oxunub: 2 821 Daha iki tələbə qidadan zəhərləndiBakının Nizami rayonunda "NZS" adlanan ərazidə iki nəfər qidadan zəhərlənib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu barədə Təcili Tibbi Yardıma çağırış saat 07:59-da daxil olub:

"Ünvana gələn həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər. 3 saylı Bakı Şəhər Xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir".