XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Bizim deputat olmaq vaxtımız keçib" - Keçmiş deputat

"Bizim deputat olmaq vaxtımız keçib" - Keçmiş deputat2020-ci il fevralın 9-u ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir çox şəxslər seçkilərə qatılmaqla bağlı qərarını açıqlayıb.

Maraqlıdır, vaxtilə Milli Məclisin üzvü olmuş şəxslər budəfəki seçkilərdə yenidən namizədlik haqda düşünürmü?

Modern.az-ın əməkdaşı üç sabiq deputat xanımla əlaqə saxlayıb.

2005-2010-cu illərdə Milli Məclisin bitərəf deputatı olmuş Lalə Abbasova növbəti seçkilərlə bağlı düşünüb qərar verəcəyini deyib:

“Növbəti seçkilərə qatılmaq barədə hələ ki düşünürəm. Tam qərar verməmişəm. Hətta köhnə seçicilərim də deputatlığa namizdəliyimi verməyi çox istəyirlər. Ancaq bu elə məsələdir ki, gərək dərindən düşünüb sonra qərar verim”.

2010-2015-ci illərdə Milli Məclisin YAP-çı deputatı olmuş Leyla Abdullayeva namizəd olmaq istəmədiyini bildirib:

“Hazırda seçkilərlə bağlı məntəqə sədriyəm. İşlərimiz çoxdur. Ancaq deputatlığa namizəd olmaq fikrim yoxdur. Düşünürəm ki, bir məktəb direktoru, pedaqoq olaraq dövlətimizə daha çox fayda verə bilərəm”.

Milli Məclisin I və II çağırış deputatı olmuş Asya Manafova növbəti parlament seçkilərinə qatılmayacağını vurğulayıb:

“Mənim yenidən deputat olmaq fikrim yoxdur. Bizim deputat olmaq vaxtımız keçib. Gənclərə yol vermək lazımdır. Qoy parlamentə savadlı gənclər gəlsin. Sizə uğurlar”.
Bölmə: Ölkə | 13 dekabr 2019 14:46





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: