BolgeXeber.Com » Ölkə » Əfv sərəncamı olacaqmı? - Gözlənti

Əfv sərəncamı olacaqmı? - Gözlənti

10-01-2020, 16:50
Oxunub: 3 504 Əfv sərəncamı olacaqmı? - Gözlənti"Ölkə başçısı tərəfindən ötən ilin Novruz bayramı ərəfəsində 431 nəfərin cəzadan, o cümlədən 409 nəfərin azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edilməsi ilə bağlı əfv sərəncamı imzalanmışdı. Bu ilin martında da ölkə rəhbərinin daha bir humanist addım atacağı istisna edilmir. Amma bu ölkə başçısının konstitusion hüququdur. Ölkə başçısı bu hüquqdan nə zaman istifadə etməsini özü müəyyən edir".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

O bildirib ki, Əfv Məsələləri Komissiyasının katibliyinə, Əfv məsələləri sektoruna, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin əfv sektoruna mütəmadi olaraq, məhkumların özləri, nümayəndələri, vəkilləri, QHT-lər, Milli Məclisin deputatları, Pentensiar Xidmətin strukturları tərəfindən əfv üçün müraciətlər daxil olmaqdadır.