BolgeXeber.Com » Ölkə » Binəqədi İcra Hakimiyyətinin maşını piyadanı vurub öldürdü

Binəqədi İcra Hakimiyyətinin maşını piyadanı vurub öldürdü

21-01-2020, 13:29
Oxunub: 3 613 Binəqədi İcra Hakimiyyətinin maşını piyadanı vurub öldürdüBakıda yük maşını piyadanı vurub öldürüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi-Novxanı yolunda baş verib.

Qobustan rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Bəhram Bəhruz oğlu idarə etdiyi “KamAz” markalı, 90 AM 058 dövlət nömrə nişanlı, Binəqədi Rayon İcra Hakimiyyətinin “Kommunal Xidmətlər Müəssisəsi” MMC-yə məxsus yük avtomobilini idarə edərkən yolu keçən naməlum kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.