Bakıda mərkəzi rayon yaradılır – Prezidentdən tapşırıq
23-01-2020, 15:44
Oxunub: 3 630
“Keçən il mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə fikir səsləndirilib. Hazırda bu istiqamətdə iş aparılır”.
Bolgexeber.com “Report”a istinadən xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Ə.Ələkbərov deyib ki, hazırda Romanın “Mərkəz 1” adlandırılan bələdiyyəsi ilə əməkdaşlıq sazişi barədə danışıq aparırıq:
“Romanın mərkəzi bir bələdiyyədə cəmləşib. Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Memarlıq İttifaqı ilə hazırda Prezidentin tapşırığı istiqamətində iş aparılır. Yəqin ki, mərkəzi rayonun yaradılması ilə bağlı Səbail, Nəsimi kimi rayonlardan söhbət gedir”.
“İçərçişəhərə gəlincə, buranın xüsusi statusu var. 2005-ci ildən İçərişəhər Qoruğunun öz administrasiyası yaradılıb. Bununla da İçərişəhər xüsusi status alıb. Bu, böyük bir statusdur. Hesab edirəm ki, yeni mərkəzi rayon yaradılsa da, İçərişəhərin özünün xüsusi statusu var”, – sədr qeyd edib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər