BolgeXeber.Com » Ölkə » Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - Foto

Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - Foto

25-01-2020, 15:15
Oxunub: 4 259 Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - FotoBakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib.

Bolgexeber.com-un Trend-ə istinadən məlumatına görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.

Belə ki, 4-cü sinif şagirdi Ömərov Polad ötən ay küçə iti tərəfindən dişlənib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib.

Qonşularının bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, azyaşlı sözügedən massivdə yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin şagirdi olub.
Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - Foto