Şəhid adından istifadə edən dələduzla bağlı araşdırma aparılır

Şəhid adından istifadə edən dələduzla bağlı araşdırma aparılır

Şəhid adından istifadə edən dələduzla bağlı araşdırma aparılırŞəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməlləri ilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

“Onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir”, - deyə idarədən qeyd edilib.

Qeyd edək ki, sosial şəbəkədə aprel döyüşlərinin şəhidi Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.
21-11-2019, 11:32
Geri qayıt