Qarabağda bir düşmən əsgəri öldü, biri yaralandı

Qarabağda bir düşmən əsgəri öldü, biri yaralandı

Qarabağda bir düşmən əsgəri öldü, biri yaralandıBu gün səhər saatlarında Ermənistan işğalçı qüvvələri təmas xəttinin Ağdərə-Tərtər istiqamətində itki veriblər

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, işğalçı qüvvələrin bir hərbi qulluqçusu “hələlik aydınlaşdırılmayan səbəblərdən” həlak olub, digəri yaralanıb.

İnsident saat 06.30 radələrində baş verib. Məlumata görə ölən hərbçi 21 yaşlı Artur İşxanoviç Acamyandır, yaralanan isə 20 yaşlı əsgər David Arutyunoviç Melibekyandır.

Xatırladaq ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün işğal altındakı Azərbaycan ərazilərində olarkən təmas xəttinə, erməni ordusunun mövqelərinə baş çəkib.

Habelə Ermənistan Müdafiə Nazirliyi bildirir ki, bu gün silahlı qüvvələrin Baş qərargah rəisi Artak Davtyan da Qarabağa gəlib.

O, qondarma "dqr müdafiə naziri" Karen Abramyanla birlikdə şimal-şərq və mərkəz istiqamətində (Tərtər-Ağdərə və Ağdam istiqamətləri) yerləşən hərbi hissələrə baş çəkib. Davtyan hərbi və arxa cəbhə təyinatlı obyektlərlə tanış olub.
2-12-2019, 17:33
Geri qayıt