Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblərPolis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir

Bu barədə Bolgexeber.com-a DİN-dən verilən məlumatda deyilir.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Nizami, Xətai və Suraxanı RPİ əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində qeyd olunan rayonlar ərazisində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilmişdir.

Həmin mağazaların satıcıları - H.Bəbirov, A.Şahməmmədov, Ə.Şükürov, Ə.Əsədullayev və İ.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuşdur.

Bu istiqamətdə reydlər davam etdirilir.
3-12-2019, 12:32
Geri qayıt