Elşad Hacıyevi ölümlə təhdid edən şəxsin məhkəməsi başlayır

Elşad Hacıyevi ölümlə təhdid edən şəxsin məhkəməsi başlayır

Elşad Hacıyevi ölümlə təhdid edən şəxsin məhkəməsi başlayırÖtən il Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “facebook” sosial şəbəkəsində “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair başlanan cinayət işi üzrə istintaq yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, artıq cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda yekunlaşaraq baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə E.Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib. Fakta görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanılıb. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilib və o, saxlanılıb. Yaşadığı evə baxış zamanı oradan 1 ədəd tək lüləli yivsiz ov tüfəngi və “Makarov” tipli tapançaya aid 4 ədəd patron aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı F.Quliyev qonşusu Əvəz Muxtarovun 2017-ci ildə 50 manat pulunu alıb qaytarmadığına görə qisasçılıq zəminində onun adına saxta profil açaraq həbsinə nail olmaq üçün qeyd olunan məzmunda paylaşım etdiyini etiraf edib.
15-01-2020, 11:54
Geri qayıt