XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Qabriel Qarsia Markez - Son Məktub

Qabriel Qarsia Markez - Son MəktubTanrım, bir qurtumluq həyatım olsaydı…

Tanrı, bir anlıq bələyə bürünmüş bir körpə olduğumu unudub, can verərək məni mükafatlandırsa, ağlımdan keçən hər şeyi dilə gətirə bilməzdim, amma ən azından dilə gətirdiklərimi təfərrüatıyla ağlımdan keçirər və düşünərdim.Əşyaların maddi yönlərinə deyil, mənalarına dəyər verərdim. Az yatar, çoxlu yuxu görər, gözümü yumduğum hər dəqiqədə, 60 saniyə boyunca işıqdan məhrum olduğumu düşünərdim. İnsan eşqdən vaz keçərsə, yaşlanar. Başqaları dayandığı zaman yeriməyə davam edərdim. Başqaları yatarkən, oyanıq qalmağa çalışardım.Başqaları danışarkən, qulaq asardım. Şokoladlı dondurmanın dadından zövq alardım. Əgər Tanrı mənə azacıq ömür versə, sadə geyinər, üzümü günəşə çevirər, sadəcə vücudumu deyil, ruhumu da bütün çılpaqlığıyla açardım. Tanrım, əgər bir qəlbim olsaydı, nifrətimi buzun üstünə qazıyar və günəşin çıxmasını gözləyərdim. Göy üzündəki aya, ulduzlar boyunca Van Qoq rəsimləri çəkər, Benedetti şerləri oxuyar və serenadalar söyləyərdim.Göz yaşlarımla gülləri sulayar, vücuduma batan tikanlarının acısını hiss edərək, dodaq qırmızısı tac yarpaqlarından öpmək istərdim. Tanrım, bir qurtumluq həyatım olsaydı… Elə gün olmazdı ki, qarşılaşdığım bütün insanlara onları sevdiyimi deməyim. Bütün qadın və kişiləri, ən sevdiyim insanlar olduqları barədə bir-bir inandırardım. Və sevgi içində yaşayardım.Kişilərə, yaşlandıqları zaman sevgini tərk etməklərinin nə qədər yanlış olduğunu anladardım. Çünki, insan eşqi tərk etdiyi zaman yaşlanır. Uşaqlara qanad verərdim. Amma uçmağı özlərinin öyrənməklərinə şərait yaradardım. Yaşlılara isə ölümün yaşlanmaq ilə deyil unutqanlıq ilə gəldiyini öyrədərdim. Ey insanlar! Sizlərdən nə qədər çox şey öyrənmişəm. Bütün insanların, xoşbəxtliyin həqiqətləri görməkdə olduğunu bilmədən, dağların zirvəsində yaşamaq istədiyini öyrəndim.Yeni doğulan kiçik bir körpənin, atasının barmağını sıxarkən, əslində onu sonsuza qədər qandallayıb, özünə məhkum etdiyini öyrəndim. Sizlərdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim elə də işə yaramayacaq. Çünki, hamısını bir çantaya qıfılladım. Bədbəxt bir şəkildə… Artıq ölə bilərəm?

BOLGEXEBER.COM

Bölmə: Mədəniyyət | 25 aprel 2015 19:37





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: