N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yeni tamaşa -“Cəhənnəm sakinləri”
27-05-2015, 18:48
Oxunub: 5 856
26 may tarixində N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası keçirilib
BOLGEXEBER.COM-un məlumatına görə xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan “Cəhənnəm sakinləri” adlı tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. İki hissəli dram janrında hazırlanan səhnə əsərində Xalq artisti Qabil Quliyev (Kişi), Əməkdar artist Adil Zeynalov (Zabit), aktyorlar Qızılgül Əliyeva (Qadın), Aynur Əhmədova (Gənc qadın), Əbülfəz Axundov (Qonaq) və Tərlan Abdullayev (Pioner) çıxış edirlər.
Tamaşanı izləyənlər arasında rayonun teatr ictimaiyyəti ilə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və aparat üzvləri, Bakı teatrlarının nümayəndələri də olublar.
Tamaşa tariximizə qanlı hərflərlə yazılmış dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs edir. Yaradıcı kollektiv dövrün mürəkkəbliklərinə baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində ərlə-arvadın təzadlı tale yoluna güzgü tutaraq, tamaşaçıları xeyirxahlığa, yaxşılığa, mərhəmətli olmağa səsləyir. Səhnə əsərində cərəyan edən dramatik hadisələr, eləcə də birmənalı yozula bilinməyəcək obrazlar real və irreal dünya arasında körpü yaradır.
Rejissor konkret olaraq, 1937-ci ili, Stalin dövrünün hadisələrini deyil, ümumilikdə insan taleyini, dəhşətli mənəvi ortamda qəhrəmanların yaşadıqları hissləri, insanın qorxularını yozumunun mərkəzinə qoyub.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər