BolgeXeber.Com » Mədəniyyət » Yazıçı yazısına görə işdən çıxarıldı - Tərcümə Mərkəzində

Yazıçı yazısına görə işdən çıxarıldı - Tərcümə Mərkəzində

10-07-2015, 17:54
Oxunub: 4 069 Yazıçı yazısına görə işdən çıxarıldı - Tərcümə MərkəzindəNazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla kollektiv arasında yenidən qalmaqal yaşanıb

Bolgexeber.com AzNews.az-a istinadən xəbər verir ki, A.Məsud daha bir neçə əməkdaşı işdən uzaqlaşdırıb. Onların arasında Mətbuat və Nəşr məsələləri üzrə müşaviri, şair Fərid Hüseynin də adı var. Fərid Hüseyn sayta açıqlamasında məlumatı təsdiq edib: “Mən daha orada işləmirəm. Bir müddət öncə Tərcümə Mərkəzindən çıxmışam”. Ancaq şair işdən çıxarılmasının səbəbi barədə heç nə deməyib.

Saytın əldə əldə etdiyi məlumata görə isə onun işdən çıxarılmasının səbəbi yazdığı yazılar və verdiyi açıqlamalar olub: “Bu narazılığın həddi isə onun bir neçə gün öncə Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərudun "Anne-annem" kitabı haqda yazısı və Lent.az-a verdiyi müsahibəsində AYB sədri Anarla bağlı müsbət fikirlərindən sonra olub”.

Mərkəzdən əlavə ediblər ki, onların xoşları gəlməyən insanları tərifləmək prinsiplərinə ziddir: “Ona qəti şəkildə tapşırılıb ki, bundan sonra verdiyi açıqlamaları və yazdığı yazıları Mərkəzlə mütləq razılaşdırmalıdır. Bununla razılaşmayan Fərid Hüseyn isə ərizə yazaraq tutduğu vəzifədən istefa verib”.

Qeyd edək ki, Fərid Hüseynin yerinə Günel Şamilqızının təyin edildiyi deyilir.
"Qafqazinfo" xəbər verir ki, mərkəzin aparat rəhbəri baş verən hadisə həm də Tərcümə Mərkəzindəki anormal mühiti üzə çıxarıb. Adətən işçilərə nəzarət və onların fəaliyyətinə senzuranın tətbiq olunması qeyri-yaradıcı sahələrdə baş verir, ədəbiyyat və mədəniyyətlə bağlı sahələr isə daha çox sərbəstliyi ilə seçilir. Belə görünür ki, Afaq Məsud və onun komandası işçilərə diktator mühiti yaratmaqla ədəbiyyatda öz dəsti-xəttlərini gətirmək istəyirlər. Çünki bu başqa cür, yəni yaradıcılıqla alınmır...

Saytın əldə etdiyi məlumata görə, Tərcümə Mərkəzinin aparat rəhbəri, məşhur şair Ramiz Rövşənin qardaşı Yaşar Əliyev Fərid Hüseyni yanına çağıraraq Afaq Məsudun qərarını açıqlayıb və bildirib ki, onların düşmənləri haqda yazı yazmamalıdır, əgər Mərkəzdə işləmək istəyirsə, bundan sonra bütün yazılarda onlarla razılaşmalıdır. Fərid Hüseyn isə qoyulan şərtlə razılaşmayb.