BolgeXeber.Com » Mədəniyyət » 1 Iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı “Bir ovuc təbəssüm , bir dünya işıq” adlı tədbir keçirib
1 Iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı “Bir ovuc təbəssüm , bir dünya işıq” adlı tədbir keçirib
31-05-2019, 16:25
Oxunub: 4 291
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Tarix- diyarşünaslıq muzeyi 1 Iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı “Bir ovuc təbəssüm , bir dünya işıq” adlı tədbir keçirib
Tədbirdə Yevlax şəhər Panda School tədris mərkəzinin müəllim və şagird kollektivləri iştirak ediblər.
Muzeyin direktoru Kəmalə Mikayılova giriş sözü ilə tədbiri açaraq qeyd edib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır. Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
Sonda söz balaca fidanlara verildi. Onların söylədiyi şeirlər, ifa etdiyi rəqslər tədbir iştirakçılarına xoş anlar yaşatdı.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər