BolgeXeber.Com » Mədəniyyət » Lənkəranda mədəniyyət işçiləri arasında intellektual turnirin ikinci mərhələsi keçirilib

Lənkəranda mədəniyyət işçiləri arasında intellektual turnirin ikinci mərhələsi keçirilib

26-10-2019, 10:45
Oxunub: 4 039 Lənkəranda mədəniyyət işçiləri arasında intellektual turnirin ikinci mərhələsi keçirilibOktyabrın 25-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində regional mədəniyyət idarələrinin və Lənkəran Dövlət Universitetinin mədəniyyət könüllülərinin təmsil olunacağı intellektual turnirin növbəti mərhələsi keçirilib


Turnir Lənkəran Dövlət Universitetində baş tutub, oyunda “Xəzər”, Lənkəran, Biləsuvar və Masallı regional mədəniyyət idarələrinin komandaları, həmçinin universitetdə təhsil alan mədəniyyət könüllüləri iştirak edib.

Oyunun ikinci mərhələsində iştirak edən 5 komanda, ənənəvi olaraq, dünya və Azərbaycan mədəniyyətinə həsr olunmuş 24 suala cavab verib.

Turnirin qalibi 24 suala cavab verən Lənkəran Dövlət Universitetinin mədəniyyət könüllülərinin komandası olub. 2-ci yeri Lənkəran səhər Heydər Əliyev Mərkəzinin “Xəzər” komandası, 3-cü yeri isə Masallı RMİ-nin komandası tutub.

Qalib komanda sertifikat və həvəsləndirici hədiyyə ilə təltif olundu. Turnirin üçüncü mərhələsinin Gəncə şəhərində, final mərhələsinin isə Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, turnirin ilk mərhələsi oktyabrın 1-də Şamaxı şəhərində keçirilib. İntellektual oyunun məqsədi gənc mədəniyyət işçələrinin hazırlıq səviyyəsinin artırılması, onlar arasında koordinasiyanı gücləndirmək və intellektual turnirlərdə iştirak səriştələrin formalasdırılmasını təmin etmək, cəld və analitik düşünmə bacarığını inkişaf etdirməkdir. Bundan əlavə, gənclər arasında yoldaşlıq, əməkdaşlıq, dostluq münasibələri və komanda ruhunu formalaşdırması və inkişaf etdirilməsidir.

Həmçinin Lənkəranda “Şəhər (rayon) Mədəniyyət mərkəzlərinin filiallarının (mədəniyyət evlərinin, klubların) müdirləri və bədii rəhbərlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılmasının təşkili”, “Kreativ peşə səriştələri”, “Nitq mədəniyyətinin formalaşdırılması” və “Dövlət mədəniyyət müəssisələrinin fandreyzinq fəaliyyəti” mövzularında yeni tədris modulları əsasında növbəti təlimlərin bağlanış mərasimi də keçirilib. Lənkəran rayon Heydər Əliyev Mərkəzində baş tutmuş təlimlərə Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mədəniyyət mərkəzləri ilə yanaşı Biləsuvar, Sabirabad və Sumqayıt RMİ-lərin nəzdindəki mədəniyyət evlərinin, klubların müdirləri, bədii rəhbərləri və əməkdaşları qatılıb.
Lənkəranda mədəniyyət işçiləri arasında intellektual turnirin ikinci mərhələsi keçirilib
Lənkəranda mədəniyyət işçiləri arasında intellektual turnirin ikinci mərhələsi keçirilib
Lənkəranda mədəniyyət işçiləri arasında intellektual turnirin ikinci mərhələsi keçirilib