“İndi bizə erotik filmlər lazım deyil”-kinorejissor Ayaz Salayev
29-10-2019, 13:14
Oxunub: 5 077
“Mən kinonun sabahkı vəziyyəti haqqında düşünürəm. İndi onun çiyinlərində ağır yük var. Kinoya sənətkarlar gəlməlidir, yaradıcı insanların nüfuzu qalxmalıdır. Yaradıcı insanlar millətin qaymaqlarıdır. Onlar üçün bədii məsələ maddi məsələdən üstündür. İndi yaradıcı insan özü öz nüfuzunu qaldırmalıdır. O adam ki, dəyər verilməyi başqasından gözləyirsə, həmin şəxs yaradıcı insan deyil. Mən elə düşünürəm ki, yaradıcı insanın əsas vəzifəsi əyləndirmək yox, zamanı əks etdirməkdir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev deyib. O, “3 D” proqramında qonaq olarkən müasir kinonun hazırkı vəziyyətindən danışıb:
“Bu işə pul qazanmaq, işlərini düzəltmək üçün yanaşan rejissorlara nifrət edirəm, hörmət etmirəm. Onların bəlkə də, üzlərinə gülürəm, salam verirəm. Amma hörmət etmirəm. Əvvəl müstəqil kinonu dəstəkləyirdim. Amma bir neçəsini izlədim, dəhşətə gəldim. Ekrana yox, tamaşaçılara baxırdım. Zalda əyləşənlərin xoşuna gəlirdi. Əsas faciə ekranda yox, zalda idi”.
Bundan əlavə, A. Salayev filmlərdə yer alan erotik səhnələrdən söhbət açıb: “İndi bizə erotik filmlər lazım deyil. Amma kinoda erotika ola bilər. Çünki onun mənəviyyatsızlığa heç bir aidiyyatı yoxdur. Kino insan həyatını göstərir. İnsan həyatında da dediyimiz mövzu ən mühümdür. Dünya mədəniyyətinin, incəsənətinin ən başlıca mövzularından biri erotikadır. Qobustanda ibtidai insanların rəsmlərinə baxsaz, görərsiz ki, əksəriyyəti çılpaq qadınlardır. Bilirəm, insan bu səhnələrə görə auditoriyasını itirir”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər