Sərginin açılışı 3 oktyabr saat 11.00-da Mərkəzi Elmi Kitabxananın sərgi salonunda olacaq
2009-cu ildə Naxçıvanda keçirilən Türk Ölkələrinin Dövlət Başçılarının IX Zirvə Toplantısında imzalanmış “Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”nin 5 illiyi münasibətilə AMEA Mərkəzi Elmi Kitabxanası türkoloq, tarix elmləri doktoru Güllü Yoloğlunun “TÜRK DÜNYASI: SİBİRDƏN BALKANLARA” adlı etno foto sərgisinin açılış mərasimini keçirəcək.
Sərginin açılışı 3 oktyabr saat 11.00-da Mərkəzi Elmi Kitabxananın sərgi salonunda olacaq.
Sərgi 3-7 oktyabr tarixlərində keçiriləcək.
Bolgexeber.com