Sinqlton 1991-ci ildə 21 yaşında ekranlaşdırdığı "Qonşuluqdakı uşaqlar" filmi ilə "Oskar" mükafatına namizəd göstərilən ən gənc rejissor kimi tarixə düşüb
Kulis.az rus saytlarına istinadən xəbər verir ki, Amerika rejissoru Jon Sinqlton 51 yaşında dünyasını dəyişib.Los-Ancelesdəki xəstəxanaların birində müalicə alan rejissorun bir neçə gün əvvəl insult keçirdiyi bildirilir. Sinqlton 1991-ci ildə 21 yaşında ekranlaşdırdığı "Qonşuluqdakı uşaqlar" filmi ilə "Oskar" mükafatına namizəd göstərilən ən gənc rejissor kimi tarixə düşüb.