Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində ədəbiyyat üzrə mükafatlar təqdim olunub
Bolgexeber.com Trend-ə istinadən xəbər verir ki, ötən il Nobel Komitəsindəki qalmaqalla əlaqədar mükafat təqdim olunmadığı üçün 2019-cu ildə ədəbiyyat üzrə iki mükafat verilib. 2018-ci il üçün mükafatı polşalı Olqa Tokarçuk, 2019-cu il üçün isə avstriyalı Peter Handke əldə edib. O.Tokarçuk ötən il "Qaçanlar" əsərinə görə Buker beynəlxalq mükafatına layiq görülmüşdü. Qeyd edək ki, oktyabrın 11-i sülh, oktyabrın 14-ü isə iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.