BolgeXeber.Com » İqtisadiyyat » Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Bilgəh qəsəbəsində

Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Bilgəh qəsəbəsində

11-02-2019, 15:48
Oxunub: 3 134 Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Bilgəh qəsəbəsindəƏmlak Məsələləri Dövlət Komitəsinin müvafiq struktur bölmələrində göstərilən daşınmaz əmlakın qeydiyyatı xidmətləri səyyar formada vətəndaşlara təqdim olunur

Hər həftə müxtəlif yerlərdəkeçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının budəfəki ünvanı Bilgəh qəsəbəsidir. Xidmətlərdən yararlanmaq istəyən qəsəbə sakinləri 11-15 fevral tarixlərində saat 9:00-dan 17:00-dəkBakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azad qadın küçəsi 298 (142 nömrəli məktəbin qarşısı) ünvanında fəaliyyət göstərən səyyar ofisə yaxınlaşa bilər.
Bu kampaniya fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətlərini birbaşa vətəndaş ünvanlarına gətirir. Səyyar ofislərin müasir formada təşkili ilə qeydiyyat xidmətləri müvafiq qurumlardakı kimi göstərilir. Sürətli və operativ qeydiyyat xidmətləri ilə yanaşı, sakinlər hüquqi xidmətlərdən də istifadə edir. Komitə əməkdaşları tərəfindən vətəndaşların suallarıcavablandırır, onlara qanunvericiliyə uyğun məsləhətlər verilir.