Rəqabətli hərrac: 26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi
18-06-2019, 18:23
Oxunub: 2 616
Dövlət əmlakları üzrə geniş seçim və rahat özəlləşdirmə şəraiti hərraclarda iştirakçı fəallığını təmin edir
Elektron formada sifarişin verilməsi və hərracda onlayn iştirakvətəndaşlara vaxt itirmədən əmlak sahibi olmaq imkanı verir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 18-i dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi. Hərracda 26 dövlət əmlakı üzrə ümumilikdə 40 sifarişçi iştirak etdi.İştirakçılardan 5-i seçdiyi dövlət əmlakına sifarişi olduğu məkandanelektron formada vermişdir. Özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri aiddir.
Kiçik dövlət müəssisələrindən biri Sumqayıt şəhərində yerləşir. Dövlət əmlakı 9 min 308 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirildi.Goranboy rayonu, Qazanbulaq qəsəbəsindəki qeyri-yaşayış binası da hərracda öz sahibini tapdı. İştirakçı sahəsi 109.5 kv.m olan dövlət obyektini 1750 manata özəlləşdirdi. Digər obyektlər kimi torpaq sahəsi ilə birlikdəözəlləşdirilənkiçik dövlət müəssisəsi Şabranda yerləşir. 110.8 kv.m sahəsi olan bu obyekt üçün 6 min manat təklif edən iştirakçı hərrac qalibi oldu.
Bu dəfə hərracdanəqliyyat vasitələri rəqabət yaratdı. Buraxılış tarixi 2001 olan HyundaiChoros markalı nəqliyyat vasitəsinin ilkin qiyməti 4 min manat təyin olunmuşdur. Hərracda 2 iştirakçı arasındakı rəqabət ilə avtomobilin son qiyməti 5 min 450 manata yüksəldi.UAZ markalı avtomobilin hərracı 3 sifarişçinin iştirakı ilə keçdi. 2 min 450 manat təklif edən iştirakçı tərəfindən nəqliyyat vasitəsi özəlləşdirildi. Keçirilən hərracların nəticələri ilə tanış olmaq istəyən şəxslər Özəlləşmə portalına (privatization.az) daxil ola bilər.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 25 iyun tarixində keçiriləcək. Hərraca 37 nəqliyyat vasitəsi çıxarılıb. İstehsal tarixləri 1996-2010 olan avtomobillər Mercedes, Renault, Fiat və digər markalara aiddir. Dövlət əmlakları üzrə seçim etmək və hərracda iştirak statusu qazanmaq üçün komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər