“Nar”dan sərfəli rominq paketləri
21-06-2019, 17:43
Oxunub: 2 697
Hər zaman abunəçilərinin dinamik tələblərinə cavab verən mobil operator “Nar”, yay tətilini xaricdə keçirən müştəriləri üçün sərfəli rominq paketləri təqdim edir
Müxtəlif ehtiyaclara uyğun sərfəli qiymətə təqdim olunan 4 rominq paketindən yararlanmaq üçün səfərə çıxmazdan əvvəl rominq paketlərindən birini sifariş etmək kifayətdir.
Təqdim olunan “Roaming 9” paketi abunəçilərə 500 MB internet, “Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, “Roaming 18” paketi 1 GB internet, “Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. Xüsusilə qeyd etmək lazımdır ki, “Roaming 18” və “Roaming 28” paketlərində “WhatsApp” yazışmaları tamamilə pulsuzdur, yəni bu trafik sizin internet paketinizdən çıxılmayacaq.
Şifariş edilən paketdaxili internet və dəqiqənin balansını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq lazımdır. “Roaming 9”, “Roaming 15” paketlərinin istifadə müddəti 5, “Roaming 18” və “Roaming 28” paketlərinin istifadə müddəti isə 15 gündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər