BolgeXeber.Com » İqtisadiyyat » Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytı yeniləndi

Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytı yeniləndi

21-08-2019, 14:32
Oxunub: 4 268 Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytı yeniləndiAzərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet saytı (www.emdk.gov.az) yeni dizayn və tərtibatda fəaliyyətə başlayıb

Saytın strukturu təkmilləşdirilərək yeni funksional bölmələr əlavə edilib və ən son texnologiyalar tətbiq edilməklə dizayn dəyişiklikləri edilib.
Sayt 2 dildə azərbaycan və ingilis dilində məlumat bazası ilə zənginləşdirilən resurslarla vətəndaşların istifadəsinə verilmişdir. Baş səhifədə "Komitə haqqında", "Qanunvericilik", "Hesabatlar", "Müsabiqə və hərraclar", "Layihələr", "Media", "Könüllü fəaliyyət", "Vətəndaşlar üçün", "Əlaqə" bölmələri daha da təkmilləşdirilmiş, istifadə baxımından saytın rahatlığı təmin edilmişdir.