BolgeXeber.Com » İqtisadiyyat » “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə 5 bina üzrə 2103 mənzili əhatə edəcək

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə 5 bina üzrə 2103 mənzili əhatə edəcək

9-09-2019, 11:52
Oxunub: 3 150  “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə 5 bina üzrə 2103 mənzili əhatə edəcəkAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsininsadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istismarına icazə verilmiş binalardakı mənzillərin dövlət qeydiyyatına alınması xidmətləri birbaşa ünvanlarda göstərilir

Bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə intensiv qeydiyyat xidmətləri Bakı şəhəri üzrə 5 müxtəlif ünvandagöstəriləcək. Belə ki, sosial aksiya 09-13 sentyabr tarixlərində Səbail, Nizami, Yasamal və Nəsimi rayonlarındakıbir neçə çoxmənzilli binalarda keçiriləcək.
Kampaniya sentyabrın 9-da Səbail rayonu, A. Abbaszadə küçəsindəki 18 mərtəbəli, 561 mənzilli binada, 10-u tarixində isə Nizami rayonu Çobanzadə, Gəncəvi və Nəsimi küçələrinin kəsişməsi, 2532 məhəllədəki 17 mərtəbəli, 128 mənzilli binada reallaşacaq. Daşınmaz əmlakın səyyar qeydiyyatı xidmətlərindən 11 sentyabr tarixində Yeni yasamal,D.Bünyadzadə küçəsindəki 17 mərtəbəli, 855 mənzilli binanın, 12 sentyabrda Səbail rayonu, 4-cü Badamdar 6012 məhəllədəki 14 mərtəbəli, 286 mənzilli binanın, 13 sentyabrda isə Nəsimi rayonundakı Abay döngəsi, 360-cı məhəllədəki 18 mərtəbəli, 273 mənzilli bina sakinləri yararlanacaq.
Mənzillərin dövlət qeydiyyatına alınması xidmətlərindənünvanlarındaca istifadə etmək istəyən vətəndaşlar göstərilən tarixlərdə, saat 09:00-dan 17:00-dəkşəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi ilkin sənədlər ilə birgə binanın həyətindəki səyyar avtobusa yaxınlaşa bilər. Qeyd edək ki, bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə səyyar xidmətlər 5 bina üzrə 2103 mənzili əhatə edəcək.