BolgeXeber.Com » İqtisadiyyat »  “Mətbəx Aləmi” şirkəti cərimə edilib

 “Mətbəx Aləmi” şirkəti cərimə edilib

4-11-2019, 15:04
Oxunub: 4 844   “Mətbəx Aləmi” şirkəti cərimə edilibMaliyyə Bazarlarına Nəzarət Palatası “Mətbəx Aləmi” MMC-nin inzibati qaydada cərimələnməsi iki protokol tərtib edib.

Yasamal Rayon Məhkəməsi protokollara əsasən, şirkəti 8675 ABŞ dolları və 143353 Rusiya rublu cərimə edib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Yasamal Rayon Məhkəməsinin qərarlarından MMC-nin direktoru Türanə Ağayeva tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Mətbəx Aləmi” MMC mebel və interyer avadanlığının satışı ilə məşğul olan şirkətdir.